Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:40

Beyonce Gaddafidən aldığı pulları xeyriyyəçiliyə ayırıb



Amerikalı pop müğənni Beyonce Liviya prezidenti Muammar Gaddafinin ailəsi üçün hazırlanmış əyləncə gecəsində çıxışa görə aldığı qonorarı xeyriyyəçilik məqsədlərinə xərclədiyini elan edib.

2010-cu il ərəfəsində reper Usher ilə Beyonce, Karib adası Sent Bartsda Gaddafinin oğlu tərəfindən təşkil olunmuş Yeni İl gecəsində çıxış ediblər. Burada Beyonce oxuduğu 5 mahnıya görə bir milyon dollar pul alıb.

Martın 2-də ifaçının nümayəndələri bildirdilər ki, konsertin təşkilatçılarının Gaddafi ailəsiylə bağlı olduğu aydınlaşan kimi çıxış üçün aldığı qonorarı xeyriyyə məqsədinə xərcləyib.


Kanadalı Nelly Furtado da 2007-ci ildə İtaliya otelində Gaddafinin ailəsi üçün təşkil olunmuş konsertdə oxumaq üçün təklif olunmuş milyon dollardan imtina edib.


Beyoncenin menecerinin sözlərinə görə, pul hələ ilin əvvəlində Bill Clinton və kiçik Corc Bush tərəfindən idarə olunan Haiti zəlzələsində zərərçəkmişlərə yardım fonduna verilib. Fond Beyoncedən ianə qəbul etdiyini açıqlayıb.

Məlumdur ki, müxtəlif vaxtda Gaddafi ailəsi tərəfindən təşkil olunmuş şəxsi əyləncə gecələrində Beyoncedən, Furtadodan və Usherdən başqa Mary Carey, 50 Cent və Lionel Richie çıxışlar ediblər. Hələlik onlar Gaddafi ailəsindən aldıqları pullar barədə mətbuata açıqlama verməyiblər.

XS
SM
MD
LG