Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 06:05

Liviya paytaxtında mitinq başlayıb


Libya -- Protesters burn pictures of Libyan leader Muammar Qaddafi and copies of the Green book, in Benghazi, 02Mar2011
Libya -- Protesters burn pictures of Libyan leader Muammar Qaddafi and copies of the Green book, in Benghazi, 02Mar2011
Martın 4-də cümə namazından sonra minlərlə adam Muammar Qaddafinin istefası tələbilə Liviya paytaxtı Tripolidə küçələrə axışıb.

Şahidlər təhlükəsizlik qüvvələrinin əvvəlcə mitinqi fözyaşardan qazla dağıtdığını, dərhal yenidən bir araya toplayan müxalifətçilərə ikinci dəfə atəş açıldığını deyirlər.

BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığı xəbər verir ki, Liviyanın Tunislə sərhədinə nəzarəti Muammar Qaddafinin qüvvələri ələ alıblar. Komissarlıqdan bildiriblər ki, ağır silahlarsilahlı ordu hissələri Tunisə getmək istəyənlərin qarşısını kəsməyə çalışır.

BMT-nin nümayəndəsi deyir ki, dünənə qədər Liviyadan Tunisə gündə 10-15 min adam keçirdi. Amma dünən sərhədi keçənlərin sayı cəmi 2 000 nəfər olub. Tunisin regional Qırmızı Xaç Komitəsindən verilən məlumata görə fevralın 20-dən bu yana Liviyadan qonşu ölkəyə 100 min nəfər keçə bilib.
Daha ətraflı oxuyun

Qaddafinin qüvvələri paytaxt Tripolidə bugünə nəzərdə tutulan mitinq ərəfəsində şəhərin giriş-çıxışına postlar qoyub. Martın 4-də onlar silahlı müxalifət qruplarının nəzarətində olan Ajdabiyah və Brega şəhərlərini bombardman ediblər.

Fevralın ortalarından başqlayaraq Muammar Qaddafinin 42 illik hakimiyyətinə son qoyulması tələbilə keçirilən etiraz askiyalarına hökumət qüvvələrinin silahlı müdaxiləsi ölkədə geniş zorakılıqlara səbəb olub. Qaddafi paytaxtdan başqa, ölkənin əksər şəhərlərinə nəzarəti itirib.
XS
SM
MD
LG