Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:23

«RATİ» əməkdaşı polis idarəsinə aparılıb


Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Mehman Hüseynov Bakının Nərimanov polis idarəsinə aparılıb. Bu barədə AzadlıqRadiosuna məlumat verən Mehman Hüseynov bildirib ki, polisdə o, «Facebook» sosial şəbəkədəki «11 mart Böyük Xalq Günü» kampaniyası ilə bağlı sorğu-sual edilib.

Mehman Hüseynov deyir ki, mülki geyimli şəxslər onu əvvəldən izləyib və martın 7-i, saat 16.00 radələrində «Gənclik» metrostansiyasının yaxınlığında svetoforda dayanan zaman onu və sürücünü maşından düşürüb öz avtomobillərinə aparıblar.

Mehman Hüseynovun sözlərinə görə, Nərimanov polis idarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları ondan martın 6-da bu kampaniya ilə bağlı şəhərdə vərəqlərin yayılması, kampaniya təşkilatçıları haqqında suallar veriblər: «Məndən yaşadığım ünvanı, telefon nömrəmi soruşub sərbəst buraxdılar».

Mehman Hüseynov polisə aparılması ilə bağlı atacağı addımlar haqqında vəkillərlə məsləhətləşəndən sonra məlumat verə biləcəyini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna bildirib ki, polis əqidəsinə, mətbuatda öz fikrini azad ifa etməsinə görə heç kəsi təqib etmir və təzyiqlərlə bağlı deyilənlər əsassızdır.
XS
SM
MD
LG