Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:52

Bob Dylana Çində çıxış etməyə icazə verdilər


«France Press Agentliyi»nin məlumatına görə, amerikalı müğənni Bob Dylan ilk dəfə öz karyerasında Çində çıxış edəcək.

Onun ilk çıxışı 6 apreldə Pekində, 8 apreldə isə Şanxayda olacaq. Mayda 70 yaşı tamam olan musiqiçinin səhnə fəaliyyətinin 50 illiyi qeyd olunacaq. Şouya biletlər gələn həftə satışa çıxacaq və 280 yuan (42 dollar) olacaq. VİP biletlər 1961,411 yuana əldə etmək mümkün olacaq. Belə qiymət təsadüfən təyin edilməmişdir. Belə ki, Bob Dylanın birinci konserti 11 aprel 1961-ci ildə baş tutmuşdur.

Müğənni Çində hələ keçən il çıxış etmək fikrində idi, ancaq Çin Xalq Respublikasının mədəniyyət nazirliyi ona icazə vermədi. Bu zaman nazirlikdən öz qadağaları haqqında heç bir açıqlama gəlməmişdi. Dylan bu səbəbdən cənub-şərqi Asiya səfərini tamamilə ləğv etmişdi.

Çin hakimiyyəti əcnəbi artistlərin qastrollarına kifayət qədər sərt nəzarət edir. Bu, 2008-ci ildə Bjorkun konsertində baş verən hadisəylə bağlıdır. Müğənni konsert zamanı səhnədən Tibetin müstəqilliyinə çağırışlar etmişdi. Bundan sonra Çin Xalq Respublikasının mədəniyyət naziri bəyanat yaymışdı ki, Bjork, səhnədə «Tibet» çıxışlarını etməklə Çin camaatının hissləri ilə oynamışdır. O gündən Çinə gələn əcnəbi sənət adamlarına nəzarətlər güclənmişdir.
XS
SM
MD
LG