Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:26

Daşqın qurbanları yolu kəsdilər


Aksiyada əsasən Saatlının Nərimankənd, Musalı, Dəlilər kənd sakinləri iştirak edib
Aksiyada əsasən Saatlının Nərimankənd, Musalı, Dəlilər kənd sakinləri iştirak edib
Ötən ilin yazında Kür daşqınlarından zərər görmüş bir qrup Saatlı sakini martın 12-də aksiya keçirməyə cəhd edib. Daşqınların vurduğu zərərin ödənilməməsindən narazı qalan aksiyaçılar Saatlının mərkəzində yolu bağlamaq istəyiblər. Polis aksiyanın qarşısını alıb.

Saatlı sakinləri rüşvətə, korrupsiyaya son qoyulmasını, Nazirlər Kabinetinin verdiyi sərəncama əsasən onlara yardım göstərilməsini istəyir.

Bu barədə AzadlıqRadiosuna Saatlının Nərimankənd sakini İbrahim Mehdiyev məlumat verib

«Xalqa düşən kompensasiyanı ödəmirlər. Ona görə gəlib aksiyamızı keçirmişik, tələblərimizi irəli sürmüşük. 200 polisi töküblər bura, rayonda polis qalmayıb, camaatı dağıdırlar. Qoymurlar danışmağa ki, kəndə gedin, orda söhbət edəcəyik. Biz öz hüquqlarımızı tələbə edirik. Biz tələb edirik ki, evlərimizi tiksinlər, təmir etsinlər, bizə düşən kompensasiyanı versinlər. Torpaqlarımız, taxılımız, yoncamız batıb. 5-10 hektar torpaq sahəsi olanlar var. Onlara düşən kompensasiyanı tələb edirik».

Aksiyada əsasən Saatlının Nərimankənd, Musalı, Dəlilər kənd sakinləri iştirak edib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə bildirib ki, Saatlıda heç bir ictimai qayda pozuntusu qeydə alınmayıb:

«10-15 dəqiqə ərzində rayonun su daşqınına məruz qalan 3 kəndinin bir qrup sakini bazar ətrafında yerləşən Muğan Parkında yığışaraq kompensasiya ala bilmədiklərindən şikayətlənirmişlər. Rayon icra hakimiyyəti əraziyə gəlib, müvafiq danışıqlar apardıqdan sonra sakinlər kəndə qayıdıblar».

O. Mansurzadə heç kimin saxlanmadığını bildirib.
XS
SM
MD
LG