Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:30

Dünya tarixində itmiş və yarımçıq qalmış əsərlər


Ernest Hemingway
Ernest Hemingway
Onlar da insanlar kimidir. Bəxti gətirəni də olur, gətirməyəni də...

Dünya ədəbiyyatı tarixində itən, yarımçıq qalan və hətta elan olunsa da, yazılmayan əsərlər yetərincədir.

Məsələn, Floberin anasına məktublarından bəlli olur ki, o, Şərqə səfərindən sonra “Harel bey” adlı əsər yazmaq istəyirmiş.

İdeyaya görə əsərdə “sivil qərbli və barbar şərqli arasında tədricən oxşarlıqlar yaranmağa başlayır və sonda onlar yerlərini dəyişirlər”.

Yeri gəlmişkən, təxminən 150 il sonra türk yazarı Orxan Pamuk həmin əsərin “bəxtini açmış” və bu ideya əsasında “Bəyaz qala” romanını yazmışdır...


Bayronun ölümündən sonra - 1824-cü ilin 17 mayında - naşir John Murray ədəbiyyat tarixində ən bədnam əməllərdən birinin iştirakçısı oldu.

Lord Bayron ona şəxsi xatirələrinin əlyazmasını vermişdi ki, sonralar çap etdirsin. Amma naşir Bayronun 5 dostu ilə birlikdə qərar verir ki, əlyazmaları məhv etsinlər.
Kafka isə özünün yarımçıq qalmış "Qəsr" romanını məhv etməyi dostu Maks Broda vəsiyyət etmişdi. "Qəsr" - romançılıq tarixinin ən mühüm nümunələrindən sayılır. Yəqin dostu vəsiyyəti yerinə yetirsəydi, oxucular çox şey itirəcəkdilər...

“Listverse” portalı isə dünya tarixində itmiş və tamamlanmamış əsərlərin top 10-unu hazırlayıb.

10. Aristotelin əsərləri

Aristotel Qərb fəlsəfəsinin banilərindən biridir. Onun əsərlərindən yalnız 3-ü bu günədək gəlib çatıb.

9. Geoffrey Chaucer, Canterbury Tales ("Kenterberi nağılları")

Bu kitab 14-cü əsrin sonlarında yazılmış hekayələrdən ibarətdir. “Kenterberi nağılları” orta əsrlər ingilis ədəbiyyatının dəyərli əsərlərindən hesab edilir.

Müəllif kitaba 124 nağıl daxil etməyi planlasa da, ölüm bunlardan yalnız 24-nü yazmağa imkan verib.

8. William Shakespeare, Love’s Labour’s Won (“Sevgi əməyinin qələbəsi”)

Bu əsər haqda bir neçə versiya var. Versiyalardan birinə görə, bu, Şekspirin “Much Ado About Nothing” (Heç nədən böyük səs-küy) komediyasının başqa bir adıdır.

Amma bəzi tədqiqatlarda bildirilir ki, bu əslində orjinal bir əsər olub, 1598-ci ildən əvvəl yazılıb və 1603-cü ildə çap edilib. Amma heç bir nüsxəsi bugünə qədər çatmayıb.

7. Jane Austen, “Sanditon”

Əsərin qəhrəmanları Sanditon adlı şəhər tikmək istəyirlər – onlar ata-baba evlərindən ibarət köhnə yaşayış məskənini yeni bir sənaye şəhəri ilə əvəzləmək arzusundadırlar.
Wolfgang Goethe
Amma bu şəhər daha çox sözdə “tikilməkdədir”, haqqında çox danışılsa da, reallıqda məlum olur ki, bu planın həyata keçməsi düşünüldüyü qədər sadə deyil.

Austen 1817-ci ildə romanını başa çadırmadan vəfat etdi. Tədqiqatçılar təəssüf edir ki, kiçik fraqment göstərir ki, roman ədəbiyyata kifayət qədər yeniliklər gətirə bilərdi.

6. Wolfgang von Goethe, “The Magic Harp” (“Sehrli Arfa”)

Bu əsər Motsartın “Sehrli fleyta” operasının davamı olaraq yazılıb. Göte əsər üzərində 2 il çalışıb. Mütəxəssislər əminliklə hesab edir ki, tamamlansaydı, bu əsər də “Faust” qədər möhtəşəm ola bilərdi.

5. Lord Byron, “Memoirs” (“Xatirələr”)

Bayronun ölümündən sonra - 1824-cü ilin 17 mayında - naşir John Murray ədəbiyyat tarixində ən bədnam əməllərdən birinin iştirakçısı oldu.

Lord Bayron ona şəxsi xatirələrinin əlyazmasını vermişdi ki, sonralar çap etdirsin. Amma naşir Bayronun 5 dostu ilə birlikdə qərar verir ki, əlyazmaları məhv etsinlər.

Onlar hesab edirdilər ki, əsərdəki qalmaqallı məqamlar Bayronun nüfuzuna xələl gətirə bilər.

Xatirələrin 2 cildi seçilərək Murray-ın ofisində kaminə atılır və yandırılır. Tədqiqatçılar təəssüflə qeyd edirlər ki, xatirələrin məzmunundan heç nə aşkarlaya bilməyiblər.

Bu xatirələr şairin həyatının bir hissəsi kimi poeziyası barədə də məlumat almaq üçün qiymətli mənbə ola bilərdi.

4. Charles Dickens, “The Mystery of Edwin Drood” (“Edvin Drudun sirri”)

Qətl, sirr və qaranlıq obrazlarla dolu bu əsər Dikkensin ölümü (1870) ilə yarımçıq qaldı. Əsərin qəhrəmanı olan Edvin Drudun prototipinin yazıçının dayısı olduğu güman edilir.

Dikkens ölümündən bir neçə ay əvvəl əsər haqqında qeydlərini İngiltərə kraliçası Viktoriyaya göndərək oxumağı, fikrini deməyi təklif edib. Amma o, əsəri oxumaqdan imtina edib.

3. Mark Twain, “The Mysterious Stranger” (“Sirli qərib”)

Çarlz Dikkens
Tanınmış Amerika yazıçılarından olan Mark Tven “Sirli qərib”in 3 müxtəlif variantı üzərində işləsə də, heç birini tamamlamayıb.

Hər üçünün baş qəhrəmanı Şeytan olub. Əsər gözlənilməz bir səhnədə yarıda buraxılıb.

2. Ernest Hemingway, 1922-ci ildən əvvəlki işləri

Heminqvey bütün həyatı boyu böyük yazıçı hesab edilib, amma 1926-cı ildən əvvəl çox çap edilməyib.

1922-ci ildə Heminqvey İsveçrəyə səfərə gedir, ilk həyat yoldaşı Hadley həmin vaxt Parisdə idi.

Ərinin o vaxta qədər yazdıqlarını İsveçrəyə çatdırmaq üçün səfər çıxanda çamadan qatarda oğurlanır.

İtən əlyazmalar arasında Heminqveyin Birinci Dünya Müharibəsi haqda təəssüratları da olub.

1. Sylvia Plath, “Double Exposure” (İkili yaşam)

Plathın keçmiş əri Ted Hughes 1963-cü ildə Plath intihar edəndən sonra onun əmlakı və yarımçıq qalmış yazılarına sahib çıxıb. Hughes Sylvianın ömrünün son aylarında yazdığı məktubları və dərgilərin əksəriyyətini yandırıb. “İkili yaşam” əsəri demək olar ki, yazılıb başa çatdırılmışdı (təxminən 130 səhifə).

Bu roman ərin öz arvadına xəyanət edib məşuqəsi ilə görüşmələri haqdadır.

Güman edilir ki, roman yarı-avtobioqrafik olmaqla Plathın Hugheslə münasibətlərindən bəhs edib.
XS
SM
MD
LG