Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:25

Saleh ilin sonuna prezident seçkisi təklif edir


Yəmən müxalifətinin mitinqlərindən biri, Sanaa, 17 mart 2011
Yəmən müxalifətinin mitinqlərindən biri, Sanaa, 17 mart 2011

Prezident əvvəlki inadından dönür

Yəmənin prezidenti Ali Abdullah Saleh bu ilin sonuna qədər növbədənkənar prezident seçkisi keçirilməsini təklif edir. O hesab edir ki, əvvəlcə ölkədə yeni konstitutsiya ilə bağlı referendum, sonra yeni parlament seçkisi keçirilə, yeni parlamentdə hökumət formalaşdırıla bilər. Bundan da sonra 2011-ci ilin sonuna qədər yeni prezident seçkisi keçirilə bilər.

“Reuters” agentliyinin məlumatına görə prezidentin həmin yazılı təklifləri müxalifət liderləri və mitinqçilərin tərəfinə keçmiş ordu generalı Ali Mohsenə çatıdırılıb.

32 ildir hakimiyyət başında olan Salehin indiki prezidentlik müddəti 2013-cü ilin sentyabrında başa çatır. Indiyə qədər Saleh prezidentlik müddətinin sonuna qədər hakimiyyətdən getmək niyyətində olmadığını deyirdi.

Prezident Sarayına yürüş

Amma 7 həftədir Salehin istefası tələbilə etiraz aksiyaları keçirən Yəmən müxalifətinin bu təklifləri qəbul etməsinə heç bir işarə yoxdur. Müxalifət artıq martın 25-də Prezident Sarayına yürüş etmək niyyətindədir.

Həmçinin oxuyun:
Salehin xaricdəki müttəfiqləri narahatdırlar ki, onun hakimiyyətdən getməsindən islamçı yaraqlılar faydala bilərlər.Al Qaedanın bu ölkədəki bölməsi qonşu ölkələrə tez-tez hücumlar edir.

Keçən cümə günü təhlükəsizlik qüvvələri mitinqçilərə atəş açaraq 52 nəfəri qətlə yetirib. Bundan sonra Salehi tərk edən komanda üzvlərinin sayı artıb.

Bundan sonra hökuməti buraxan prezident ölkədə 30 günlük fövqəladə vəziyyət elan edilməsi üçün parlamentə müraciət edib. Bu gün parlament həmin təklifi müzakirə edir.

Müxalifət sıralarında ikitirəlik

“Reuters” yazır ki, hazırda müxalifətin sıralarında da ikitirəlik var. Onların liderlərinin çoxu müxalifətə keçən ordu generalı Ali Mohseni qəbul etmirlər. Öz əsgərləri ilə mitinqçilərə qoşulan general son günlərə qədər Yəməndə ikinci ən nüfuzlu adam hesab olunurdu.

Amma müxalifət liderlərinin bir çoxu onun ölkənin gələcək siyasi həyatında iştirakını istəmirlər. Onlar bildirirlər ki, ölkədə mübarizə bir adama qarşı deyil, sistemə qarşıdır, general Mohsen də indiki sistemin bir parçasıdır.
XS
SM
MD
LG