Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:16

Niyə Liviya? Bəhreyn yox? R2P nədir?


Benqazidə adamların BMT qətnaməsinə reaksiyası
Benqazidə adamların BMT qətnaməsinə reaksiyası

Son illər heç bir hadisə Liviyayaya hərbi müdaxilə kimi qlobal mübahisə doğurmamaışdı.

İranın Ali lideri Ayətulla Xamenei Tehranda çıxış edib, ancaq üzünü NATO-ya tutub:

“Əhalini bombalayırdılar. Siz onlara kömək etməli idiniz. Onlara silah verməli idiniz. Bunun əvəzinə, siz bir ay gözlədiniz. Xalqın qətlinə tamaşa etdiniz. Siz xalqı müdafiə etməyə gəlməmisiniz. Siz Liviya neftinin dalınca gəlmisiniz”.

Rusiyanın baş naziri Putindən soruşanda ki, BMT və NATO-nun etdiyi nədir? O bunu orta əsrlərin səlib yürüşünə bənzədib.

Çin atəşkəsə çağırıb. NATO üzvü Türkiyə bildirib ki, xarici müdaxilə olmadan Liviyanın öz daxili işlərini yoluna qoymasına imkan verilməlidir.

Liviya ətrafında qlobal mübahisənin mərkəzində isə bir sual durur: nə vaxt ölkələrin başqa ölkəyə hərbi müdaxilə etməsinə ixtiyarı var? Və ümumiyyətlə, ixtiyarı varmı?

R2P

Kim ki, Liviyaya hərbi müdaxiləyə haqq qazandırır, onların arqumenti mülki əhalini “Qorumaq Məsuliyyəti” və ya qısaca “QM” ( ingiliscə “R2P” – Responsibility to Protect) konsepsiyasıdır.
Bu, prinsip kimi son on illərdə formalaşıb.

Mülkii əhalini qorumaq ideyasının kökləri Holokost xatirələrinə və müsair dünyada Bosniya, Ruanda, Darfur soyqırımlarına gedib çıxır.

Buna hüquqi və qlobal dəstək isə 2005-ci ildə BMT-nin Baş Məclisində verildi.
150 dövlət başçısı qərara gəldi ki, soyqırımına, hərbi cinayətlərə, insanlıq əleyhinə cinayətlərə reaksiya göstərmək məsuliyyətindən başqa, dünyanın bu cinayətlərin qarşısını almaq məsuliyyəti də var.

R2P konsepsiyasına görə, insanların qırğınlarının qabağını almaq üçün əsas vasitələr siyasi, iqtisadi, diplomatik müstəvidə olsa da lazım gələndə hərbi gücdən də istifadə olunmalıdır.

R2P konsepsiyasının tərəfdarları son illər çoxalsa da, hərbi gücdən nə vaxt və necə istifadə ətrafında fikir ayrılıqları böyük olaraq qalır.
Dövlətlər bir-birlərini xüsusi maraqlarda ittiham edirlər.

SUVERENLİK DİKTATORUN QALXANI OLA BİLMƏZ

Londonun Royal United Services İnstitute-unda
Regional ekspert Shahshank Joshi Liviyaya görə son mübahisənin bir əsas səbəbini onunla izah edir ki, son 10 ildə Qərb iki müsəlman ölkəsinə - İraqa və Əfqanıstana hərbi müdaxilə edəndən sonra indi də 3-cü müsəlman ölkəsinə - Liviyaya hərbi müdaxilə edib.

Ancaq ekspertin fikrincə əsas odur ki, “ölkənin suverenliyi daxildə insanları qırmaq üçün qalxan ola bilməz”.

Başqa problem odur ki, Rusiya, Çin, Hindistan kimi ölkələrin daxildə separatizm problemləri var.
Joshi: “Qorumaq məsuliyyətinin Qərbin hərbi müdaxiləsinə bir növ lisenziyaya çevrilməsi bu ölkələri narahat edir. Çünki ölkə daxilində hərəkatları dağıtmaqda gücdən istifadəni bu ölkələr özlərinin daxili və qanuni işləri hesab edirlər”.


ÖLKƏNİ KİM SEÇİR?

Bəzi Qərb ölkələri R2P konsepsiyasından tez-tez istifadənin xarici siyasətdə alətə çevrilməsindən narahatdırlar.

Başqa tərəfdən Qərbin özündə suallar doğur ki, niyə Bəhreynə, Konqo Demokratik Respublikasına və ya Fil Dişi Sahilinə müdaxilə olunmır, Liviyaya olunur?

Hərbi müdaxilə edənlər ayrı-seçkiliyə görə özlərini tənqid hədəfinə çevirirlər.

Bütün bu səbəblərdən Almaniya BMT-nin Təhlükəsizlik Şurasında Liviya qətnaməsinə səs verəndə bitərəf qaldı. Almaniyanın Əfqanıstanda hərbi əməliyyatlara cəlb olunması onsuz da ölkə daxilində böyük narazılıq doğurur.

Bəs R2P konsepsiyasından imtinamı olunmalıdır?.
Joshi deyir: “ Siz əhalini qorumaq üçün hər yerə müdaxilə edə bilməzsiniz. Ancaq bu o demək deyil ki, onda heç yerə müdaxilə olunmamalıdır”.
XS
SM
MD
LG