Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:02

Ermənistan prezidenti amnistiya elan etməyi təklif edir


Serj Sarkisyan
Serj Sarkisyan
Ermənistanın müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar prezident Serj Sarkisyan parlamentə amnistiya elan etməyi təklif edib. Bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

Ermənistan parlamenti sonuncu dəfə 2009-cu ilin iyunun 19-da amnistiya elan edib. Həmin vaxt yüzlərlə adam, o cümlədən 2008-ci il prezident seçkiləri ilə əlaqədar həbs olunan onlarla müxalifət fəalı amnistiyaya düşüb, ya da cəza müddəti azaldılıb.

Aprelin 28-də Ermənistanın Milli Konqresinin mitinqində müxalifət hərəkatının lideri Levon Ter-Petrosyan əmin olduğunu bildirib ki, 31 maya kimi həbsdə qalan digər müxalifətçilər, həmçinin sabiq deputat Sasun Mikaelyan və “Aykakan jamanak” qəzetinin baş redaktoru Nikol Paşinyan azadlığa buraxılacaq.

Ermənistan Müstəqillik Gününü 21 sentyabrda qeyd edir.
XS
SM
MD
LG