Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:26

Yəməndə etirazçıların çadırlarına od vurulub


Taiz şəhəri, 29 may 2011
Taiz şəhəri, 29 may 2011
Yəmənin ikinci böyük şəhəri Taizə hücum zamanı təhlükəsizlik qüvvələri azı 20 etirazçını öldürüblər.

4 aylıq etirazlardan sonra şəhərə girən təhlükəsizlik qüvvələri etirazçıların çadırlarına od vurublar.

Yəmənin Zincibar şəhərini isə mayın 27-də islamçı yaraqlılar tutublar. Toqquşma zamanı dörd hərbçi ölüb, yaralananlar var.

Müxalif generallar prezident Əli Abdulla Salehi (Ali Abdullah Saleh) ittiham edirlər ki,
Bunlara da nəzər salın
şəhəri qəsdən islamçılara verərək öz hakimiyyətini uzatmaq istəyir. Saleh isə ittihamları rədd edib.

Prezident üçüncü dəfədir ki, hakimiyyətin ötürülməsinə dair sənədi imzalamaqdan imtina edib.

Yəməndə bir müddətdir ki, onun istefası tələbi ilə kütləvi aksiyalar keçirilir. Aksiyalar zamanı 100-dən çox adam ölüb.

VİDEO: Bu kadrların bu gün Yəməndə bu gün çəkilərək YouTube saytına yerləşdirildiyi qeyd edilir. Amma bu məlumatı dəqiqləşdirmək imkanımız yoxdur:

(Taiz şəhərində çadırların yandırılması)


İnsan haqları fəalları atışmanı izləyirlər:
XS
SM
MD
LG