Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:05

Thomas de Waal: "Bilinəcək ki, prezidentlər blef edirlər, yoxsa..."


Amerikadakı Sülh Naminə Kornegi Fondunun mütəxəssisi, “Qara bağ” kitabının müəllifi Thomas de Waal-ın Azadlıq Radiosuna müsahibəsi.

- Sizcə, indi Azərbaycan və Ermənistan Qarabağ münaqişəsinin həllinə nə dərəcədə yaxındırlar?

- Əvvəla, bu çox mürəkkəb bir konfliktdir. Əgər onu asan həll etmək mümkün olsaydı, indiyəcən həll olunardı. Danışıqların indiki məqamı – həqiqət anıdır. Azərbaycan da konstruktiv mövqe tutub, Sarkisyan-Ter-Petrosyan anlaşmasına görə Ermənistan da özünə inamlı görünür, Rusiya prezidenti Medvedev də münaqişənin həllilə şəxsən məşğul olmağa başlayıb.

Yəni indi elə bir məqama çatmışıq ki, prezidentlərin blef etdikləri, sonu görünməyən bir prosesin davam etməsinə üstünlük verdikləri, yoxsa doğrudan da münaqişənin həllində maraqlı olduqları aydınlaşmalıdır. Bu, hələ aydın deyil. Amma belə bir həqiqət anı xeyli vaxt idi görmürdük.

- Ortada nə sənəd var? Bu barədə nə dərəcədə məlumatlısınız?

- Sənədin ümumi prinsipləri haqda məlumatlar gizli deyil. Bu, 3 səhifə, 14 bənddən ibarət bir çərçivə sənədidir. Orada münaqişənin həllində 6 əsas prinsip əksini tapıb.

Bunlar Dağlıq Qarabağ ətrafındakı ərazilərdən qoşunların çıxarılması, məcburi köçkünlərin öz yurdlarına qayıtması, Dağlıq Qarabağa müvəqqəti statusun verilməsi, beynəlxalq sülhməramlı qüüvvələrin yerləşdirilməsi, Ermənistana Dağlıq Qarabağla əlaqə üçün dəhliz verilməsi və hüquqi nəticəsi olan səsvermənin keçirilməsi. Bunlar haqda çoxdan bilirik.

Amma bu, tam sülh sazişi deyil, çərçivə sazişidir. Əgər imzalanarsa, ümid edirik ki, yerlərdə konkret işlər başlanacaq. Erməni qüvvələri
(soldan sağa) Azərbaycan prezidenti Əliyev, Ermənistan prezidenti Sarkisyan və Rusiya prezidenti Medvedev. Krasnaya Polyana, 5 mart 2011'
Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxarılacaq, Dağlıq Qarabağa müəyyən təsdiqlənmiş status veriləcək.

- İndi danışıqlar prosesində baş verənləri Rusiyanın həmin prosesi “ələ keçirməsi” kimi anlamaq olarmı?

- Məncə, Rusiya sülh danışıqlarında bir vasitəçi kimi liderlik edir. Amma Fransa və Amerikanın tam dəstyilə. Rusiya prezidenti Medvedev özü bu işdə fəallıq edir, bir hüquqşünas kimi sənədi redaktə edir, uyğun sözləri seçir. Bu çox pozitiv məqamdır. Bu səbəbdən prezident Obama və prezident Sarkozidən də prezident Medvedev kimi prosesə belə diqqət gözləməyimiz yerinə düşərdi.

- Sizcə, referendum məsələsi necə həll edilə bilər? Bu, çox mürəkkəb məsələyə oxşayır.

- Məncə, bu məsələ hələ dəqiqləşməkdədir. Gərək bunun detalları ilə bağlı hər iki tərəf razılığa gəlsin. Çoxlu suallar var burda. Referendumda kim iştirak edəcək? Güman ki bu, Dağlıq Qarabağ əhalisini əhatə edən bir referendum olacaq. Amma Dağlıq Qarabağın azərbaycanlı əhalisinin yurdlarına qayıtması kimi məsələnin necə həll ediləcəyi də aydınalaşmalıdır. Yəni belə məsələlərə aydınlıq gəlməlidir.

- Sizcə indi Amerika münaqişənin həlli və danışıqlarla bağlı Azərbaycan və Ermənistana nə deyir?

- Onlara deyilən budur ki, ortada olan sənəddən başqa sənəd, davam edən sülh prosesindən başqa sülh prosesi yoxdur. Bu, razılığa gəlmək üçün yaxşı bazadır, siz razılığa gəlsəniz, biz də sizi dəstəkləyəcəyik. Məncə də indi qərar anıdır.
XS
SM
MD
LG