Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:02

Fransa liviyalı üsyançılara silah göndərib


Liviyada etirazlar davam edir
Liviyada etirazlar davam edir
Muammar Gaddafi qüvvələrinə qarşı döyüşən liviyalı üsyançılar Fransaya silah təchizatına görə təşəkkür ediblər.

Liviyanın Milli Keçid Şurasının sədr müavini Mahmud Jibril bildirib ki, Nafusa dağlarında döyüşən liviyalılar Fransanın dəstəyi sayəsində sağdır və təhlükəsizlikdədir.

Fransa rəsmiləri dünən Nafusa dağında hökumət qüvvələrinə qarşı döyüşən bərbər tayfalarını döyüş sursatı göndərdiyini açıqlayıb. Buna qədər ancaq Qətərin üsyançıları silahla təchiz etdiyi məlum idi.

NATO Baş katibi Anders Fogh Rasmussen isə bildirib ki, alyans Fransanın hərbi təşəbbüsünə qoşulmayıb və digər NATO-ya üzv dövlətlərin də silah təchizatından xəbərsizdir.
XS
SM
MD
LG