Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:41

Misirdə ikinci inqilab ola bilərmi?


Nümayişçilərlə polisin toqquşması. Qahirə 29 iyun 2011
Nümayişçilərlə polisin toqquşması. Qahirə 29 iyun 2011
Müxalifət tərəfdarları iyulun 1-də Misirin paytaxtı Qahirədə yenidən küçələrə çıxıblar.

Yüzlərlə nümayişçi prezident Mübarəkin devrilməsi ilə nəticələnən inqilab zamanı həlak olanların ailələri ilə həmrəylik nümayiş etdiriblər.

Etirazçılar inqilabçılara atəş açmış polislərin cəzalandırılmasını, polis gülləsindən ölənlərə kompensasiya verilməsini tələb edirlər.

Amma bu, onların yeganə tələbi deyil. Müxalifətçilər istəyirlər ki, prezident Mübarəkin devrilməsindən sonra müvəqqəti olaraq ölkəyə nəzarət edən ordu siyasi islahatlara başlasın.

Müxalifətçilər bu tələblərlə son günlər keçirdikləri aksiyalar zamanı polislə toqquşublar.

İğtişaşlarda minəcən adam xəsarət alıb

Azadlıq Radiosunun Qahirədəki müxbiri Joe Hammond deyir ki, insanları küçələrə - 6 aprel hərəkatı çağırır.

Yazda Misir inqilabının önündə gedən də bu təşkilat idi.

Joe Hammond: “Ən əsas tələb odur ki, Mübarək, onun oğlu Qamal və keçmiş rejimin üzvləri, qatillər – müxalifətçilər bu sözü işlədirlər – qatillər həbsə salınsın. Real həbsxanaya! Qahirədəki həbsxanalara! Daha kurort şəhəri Şərm-əl-Şeyx ətrafında istirahət etməsinlər”.

Tantawi Qahirədə ABŞ dövlət katibi Hillari Klintonla görüşür. 16 mart 2011
Müxalifətçilər deyirlər ki, keçid hökumətinə rəhbərlik edən və eyni zamanda hakimiyyətdə olan ali hərbi şuranın sədri, quru qoşunları marşalı Hussein Tantawi keçmiş prezidentə yaxın adamdır. Onlar Tantawi-nin istefasını tələb edirlər.

Mübarək və ona yaxın şəxslərin saxlanması haqda məlumatın yayılmasına baxmayaraq müxalifətçilər düşünür ki, bu, baş aldatmaq üçündür. Onların fikrincə,

Hakimiyyətdə olan hərbçilər inqilabın nəticələrinə sahib çıxmağa çalışırlar

Bəziləri iddia edir ki, hərbi hakimiyyət daha repressivdir, insanlar təcridxanalarda ittiham elan edilmədən saxlanır və belə hallar inqilabın baş verdiyi fevral ayından bəri çoxalıb.

Azadlıq Radiosunun Qahirədəki müxbiri Joe Hammond deyir ki, bəzi etirazçılar məsələni qəti qoyur:

“Bir çox insanlar deyir ki, onlar ikinci inqilaba ehtiyac olması qənaətinə gəliblər”.

Amma bəzi şərhçilər hesab edirlər ki, baş verənlər sadəcə liberal qüvvələrin əzələ nümayişidir.

Qahirədə nümayişçilərlə polisin qarşıdurması. 29 iyun 2011
“Əl Şərq” regional və strateji araşdırmalar mərkəzinin rəhbəri Mustafa al-Labbad deyir ki, inqilabdan sonra ölkədəki qüvvələr balansı liberal müxalifətin xeyrinə deyil. Bir tərəfdə - güclü hərbi elitadır, o biri tərəfdə isə - güclü təşkilati dayaqları olan “Müsəlman qardaşlığı”.

Onun fikrincə, liberal müxalifət inqilabın başqalarına qismət olmasından narahatdır, qarşıdan gələcək seçkilərdə uduzmaq təhlükəsi ilə üz-üzədir və buna görə də kütləvi aksiyalarla toparlanmaq, xüsusən də seçkiləri ertələmək tələbi ilə güclənmək üçün vaxt qazanmağa çalışır.

Azadlıq Radiosunun Qahirədəki müxbiri Joe Hammond deyir ki,

Qahirənin mərkəzinə toplaşan insanların niyyətlərində vahidlik yoxdur:

Bunlara da nəzər salın
“Bəziləri deyir ki, biz sadəcə burda dayanmışdıq, polis bizə hücum çəkdi. Bəziləri isə polisə daş atır və bunu əsaslandırmaq üçün deyir ki, daş atdıqları şəxslər başkəsənlərdir. Ziddiyyətlidir.

Bir çoxları mənə yaxınlaşıb soruşur ki, bu nə məsələdir. Sosial şəbəkələrdə “Təhrir meydanına gəlin və qardaşlarınızı qoruyun!” kimi postlar qoyulur.

Bəziləri 3-4 saat yol keçib İsgəndəriyyədən bura gəliblər. Amma mən onlardan “Bura niyə gəlmisiz?” deyə soruşanda cavab verirlər ki, “İnqilabı müdafiə etməyə”. Amma aydın deyil ki, polisə daş atmaqla hansı sosial dəyişikliyə nail olmaq olar?”
XS
SM
MD
LG