Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:35

Prezident diaspora nümayəndələrini mükafatlandırıb


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

İyulun 5-də Bakıda keçirilməsi planlaşdırılan Dünya Azərbaycanlılarının III Qurultayı münasibətiylə prezident İlham Əliyev bir neçə sərəncam imzalayıb.

Prezident xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə bir qrup şəxsi “Dostluq” ordeni və “Tərəqqi” medalı ilə təltif edib.

“Tərəqqi” medalı alanlar arasında prezidentin öz qızı Leyla Əliyeva və Fövqəladə Hallar Nazirliyi Kamaləddin Heydərovun oğlu Tale Heydərov da var.

Leyla Əliyerva Rusiyanın Azərbaycan Gəncləri Təşkilatının sədridir.

Tale Heydərov isə 2008-ci ildə yaradılan Avropa Azərbaycan Cəmiyyətinın sədridir.

Sərəncamla 7 nəfərə “Dostluq” ordeni və 33 nəfərə “Tərəqqi” medalı ilə təltif edilib.
XS
SM
MD
LG