Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:52

İctimai Palata korrupsiya piramidasından danışdı


Əli Kərimli və İsa Qəmbər
Əli Kərimli və İsa Qəmbər
«Azərbaycanda korrupsiya piramida formasındadır və bu piramidanın başında hakim ailə dayanır. Son günlər hakim ailə ilə bağlı yeni korrupsiya faktları üzə çıxıb».

Bunu iyulun 9-da İctimai Palatanın dəyirmi masasında çıxış edən Müsavat başqanı İsa Qəmbər deyib.

«Hakim ailə ilə bağlı yeni korrupsiya faktlarının ictimai müzakirəsi» mövzusunda keçirilən dəyirmi masaya 100-dən çox siyasi, ictimai xadim və ekspert dəvət olunsa da, 30-a yaxın adam iştirak edib. Dəyirmi masa son zamanlar AzadlıqRadiosu və bəzi yerli qəzetlərdə nəşr olunan jurnalist araşdırmalarına həsr olunub.

Tədbirdə çıxış edən İ. Qəmbər bildirib ki, «Azərbaycanda korrupsiya, rüşvətxorluq o qədər böyük bəlaya çevrilib ki, artıq milli təhlükəsizliyə, müstəqilliyə təhdididir».

AXCP sədri Əli Kərimli isə deyib ki, mətbuat, internet inkişaf etdikcə, başqa faktlar da üzə çıxacaq:

«Daha böyük vəsaitləri dövlət başçısının özü və ailəsi, ondan bir az kiçik vəsaitləri nazirlər, oliqarxlar, onlardan bir az kiçik vəsaitləri də icra başçıları, prokurorlar, polis rəisləri talan edir. Beləliklə, Azərbaycan xalqı talan edilir».

Azərbaycan rəsmiləri isə əksinə, ölkədə korrupsiya ilə mübarizənin getdiyini və bu mübarizənin başında prezident İlham Əliyevin dayandığını deyirlər.

MÖVZU İLƏ ƏLAQƏDAR OXU

«Azərfon»a İlham Əliyevin qızlarına məxsus Panama şirkətləri nəzarət edir

Beynəlxalq Avtovağzalın sahibi Vircin adalarından çıxdı
XS
SM
MD
LG