Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:19

Hillary Clinton: «Suriya prezidenti legitimliyini itirib»


ABŞ Dövlət katibi Hillary Clinton
ABŞ Dövlət katibi Hillary Clinton
«Suriya prezidenti Bashar al-Assad legitimliyini itirib». ABŞ Dövlət katibi Hillary Clintonun belə bir bəyanatı iki ölkə arasında münasibətlərin gərginləşdiyi bir vaxta, Assad tərəfdarlarının Dəməşqdə ABŞ və Fransa səfirliklərinə hücumundan sonraya təsadüf edir:

«Əgər kimsə, o cümlədən də prezident Assad düşünürsə ki, ABŞ gizlində ölkədəki rejimin hazırkı vəziyyətdən uğurla çıxacağına və öz sərt repressiyalarını davam etdirəcəyinə inanır, onlar yanılırlar. Prezident Assad əvəzolunmaz deyil və biz tamamilə onun hakimiyyətdə qalmasında maralı deyilik».

SƏFİRLİYƏ DAŞ, YUMURTA, POMİDOR ATILIB

Bunlara da nəzər salın
Hücum edənlər ABŞ-ın dəniz piyada əsgərləri tərəfindən durdurulana qədər səfirliyin divarlarını aşıb, daş, yumurta və pomidorlar atıb, şüşələri sındırıblar.

Fransa səfirliyinin mühafizəçiləri isə binaya girmək istəyən onlarla adamı dağıtmaq üçün havaya atəş açıb. Hücum zamanı səfirliyin 3 əməkdaşının xəsarət aldığı bildirilir.

Assad tərəfdarlarının qəzəbinə səbəbsə Fransa və ABŞ diplomatlarının etiraz yürüşlərinin keçirildiyi Hama şəhərinə səfər etmələri olub. Suriya rəsmiləri diplomatların səfərini ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirib.

Suriyada ABŞ səfirliyinin binası

ABŞ SURİYA REJİMİNİ GÜNAHLANDIRIR

ABŞ rəsmiləri Suriyanın Amerikadakı səfirini Dövlət Departamentinə çağıraraq, xarici diplomatik binaları müdafiə etmədiyinə görə Suriyaya rəsmən etirazlarını bildiriblər. Suriyanı səfirliyi mühafizə etməməkdə günahlandırıblar.

Şahidlərin dediyinə görə, ABŞ səfirliyinə hücum edənlər orada Suriya bayrağını qaldırıb, divarlara söyüş, Amerika səfirini təhqir edən ifadələr yazıblar.

İyulun 8-də ABŞ səfiri Richard Ford və onun fransalı həmkarı Eric Chevallier Hama şəhərində olublar. Hama şəhəri rejim əleyhinə kütləvi aksiyaların mərkəzi hesab olunur.

Dövlət Departamentinin sözçüsü Victoria Nuland Amerika səfirliyinə hücumu belə təsvir edib:

«Bu gün burda divarı aşan cinayətkarlar vardı. Bəzi pəncələr qırılıb, digərlərinə zərər vurulub. Sonra onlar səfirin iqamətgahına gedib və orda da eyni halı təkrarlayıblar. Bildiyim qədəri ilə Amerika dəniz piyada əsgərləri tərəfindən ərazidən çıxarılıb».

ZİYANA GÖRƏ KOMPENSASİYA TƏLƏB OLUNUR

Victoria Nuland bildirib ki, hücumçular Suriya hökumətinin televiziyada apardığı təbliğatdan ruhlanıb və ABŞ-ın Dəməşqdən xarici diplomatik korpusları mühafizə etməyi tələb etdiyini qeyd edib. Vaşinqton həmçinin dəymiş ziyana görə, Suriyadan kompensasiya istəyir. ABŞ səfirliyinə hücum zamanı xəsarət alan olmayıb.

Suriyada müxalifətin etirazları davam edir

Fransa xarici işlər nazirliyinin üzvü isə bildirib ki, Suriya hökuməti səfirliyə hücumu dayandırmaq üçün heç bir addım atmayıb.

Fransa mart ayından bu yana BMT Təhlükəsizlik Şurasında siyasi islahat tələb edən etirazçılara qarşı Suriya hökumətinin zorakı münasibətini pisləyən qətnamənin qəbul edilməsini istəyir.

İnsan haqları müdafiəçiləri bildirir ki, martdan bəri bu ölkədə azı 1500 dinc sakin öldürülüb, etirazçılar Assadin istefasını, hakimiyyətdən getməsini istəyirlər.

MÜBARƏK, QƏDDAFİ… ASSAD?

Müxalifətə qarşı sərt, zorakı münasibətə baxmayaraq prezident Assad müxalifəti islahatlarla bağlı danışıqlara çağırıb. Hərçənd müxalifət üzvləri ötən həftə paytaxtda keçirilən 2 günlük sammitdə iştirakdan boyun qaçırıb, davam edən zorakılıqların kontekstində bunun lüzumsuz olduğunu deyib.

Obama administrasiyası Assad hökumətinin dinc nümayişçilərə qarşı rəftarını tənqid etsə də, hərçənd Misir prezidenti Hosni Mubarak və Liviya lideri Muammar Qaddafi kimi onu da hakimiyyətdən getməyə çağırmayıb.

HƏMÇİNİN OXU:

Suriyada zorakılıq qorxutmur, ruhlandırır
Bəşər Əsəd devriləcəkmi?
Hakimiyyətdə qalmağın Suriya modeli
Suriya kəşfiyyatının 6 səhifəlik planı
XS
SM
MD
LG