Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:58

Azərbaycanlı yazıçı daha 1 ay həbsdə qalacaq


Moldovada saxlanan əslən azərbaycanlı olan Rusiya yazıçısı Eduard Bağırovun həbs müddəti daha 1 ay uzadılıb.

Kişinyovun mərkəzi rayonunun məhkəməsi baş prokurorluğun qaldırdığı vəsatəti təmin edib.

“Həbs müddətinin uzadılması istintaqın davamı üçün vacibdir” – deyə baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Maria Vieru bildirib.

E.Bağırov iyunun 16-da Kişinyovda həbs edilib. Onu 2009-cu ildə şəhərdə liberal müxalifətin kommunistlərin hakimiyyətə gəlməsinə qarşı keçirdiyi aksiyalar zamanı baş vermiş iğtişaşlarda iştirak etməkdə suçlayırlar.

Yazıçı həbsdə ona qarşı təzyiqlərni edildiyini bildirib.

Bir neçə gün əvvəl isə Moskvadakı Moldova səfiri Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilmiş və Rusiya tərəfi yazıçının həbsinə aydınlıq gətirilməsini istəmişdi.
XS
SM
MD
LG