Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 06:03

Bəxtiyar Hacıyevin məhkəməsi qapalı keçirilir


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
İyulun 20-də Səbail rayon Məhkəməsində gənc fəal, hərbi xidmətdən yayınmaqda ittiham olunaraq 2 il azadlıqdan məhrum edilmiş Bəxtiyar Hacıyevin şikayətinə baxılır.

Məhkəmə qapalı keçirilir. Mətbuat məhkəmə zalına buraxılmır.

Bəxtiyar Hacıyev Respublika Prokurorluğunu məhkəməyə verib. Gənc fəal bu ilin martında polis idarəsi və saxlanma təcridxanasında zorakılığa məruz qalması ilə bağlı Respublika Prokurorluğuna müraciət etmişdi. Prokurorluq nümayəndələri isə Bəxtiyar Hacıyevin döyüldüyünü təsdiqləməmişdilər.

Bundan sonra o, Respublika Prokurorluğunun araşdırmalarının nəticəsindən məhkəməyə müraciət etmişdi.

BƏXTİYAR HACIYEV ÖZÜ ÖZÜNÜ MÜDAFİƏ EDİR

Səbail rayon Məhkəməsinin hakimi Famil Nəsibov Bəxtiyar Hacıyevin işinə qapalı baxılmasının səbəbini açıqlamayıb. Hətta jurnalistlərin bununla bağlı suallarını təəccüblə qarşılayıb.

Hüquqşünas İntiqam Əliyev isə deyib ki, qanunla bəzi hallarda məhkəmə iclasları qapalı keçirilə bilər. Amma konkret Bəxtiyar Hacıyevin işi ilə bağlı sirr olacaq bir şey yoxdur. Ona görə məhkəmə açıq keçirilə bilərdi.

Hazırda məhkəmə davam edir. Bəxtiyar Hacıyevin vəkili yoxdur. O özü özünü müdafiə edir.
XS
SM
MD
LG