Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:45

Türkiyə- Azərbaycan qaz danışıqları hüquqi məsələlərə görə iflasa uğraya bilər


Arxiv foto
Arxiv foto
«HÜQUQİ ƏSASLANDIRMASINA DAİR FİKİR AYRILIĞI QALIR»

Türkiyənin Today’s Zaman qəzeti ARDNŞ rəsmilərinə istinadla xəbər verir ki, tərəflər arasında qaz sazişinin hüquqi əsaslandırmasına dair fikir ayrılığı var.

Türkiyə ilə Azərbaycan arasında təbii qaz satışına dair danışıqlar hüquqi məsələlərə görə dalana dirənib. Söhbət Şah Dəniz yatağının ikinci inkişaf fazası çərçivəsində çıxarılacaq qazdan gedir. Azərbaycan Dövlət Neft Şirkətinin rəsmiləri bunu ötən həftə Bakıda türkiyəli jurnalistlərə deyib.

Today’s Zaman qəzeti xəbər verir ki, ARDNŞ-ın vitse-prezidenti Xalid Məmmədov və şirkətin Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev deyib ki, müqavilənin bir sıra detalları- tranzit xərcləri, qazın həcmi və daşınma variantları yekunlaşdırılıb. Ancaq hər iki rəsmi bildirib ki, sazişin hüquqi əsaslandırmasına dair fikir ayrılığı qalır.

Şah Dəniz 2-yə sərmayənin kəmərlərin tikintisi də daxil olmaqla $25-30 milyard olacağını vurğulayan Vaqif Əliyev bildirib ki, bu miqyasda sərmayə təhlükəsiz olmalıdır. Belə təhlükəsizliyin bir yolu bütün tərəfdaşların maraqlarını qoruyacaq hüquqi əsaslandırmadır. Bu sazişi tənzimləyəcək qaydalar ya Britaniya ya da İsveçrəyə məxsus olmalıdır. ARDNŞ-dan əlavə bu yatağı BP (Böyük Britaniya), Statoil (Norveç), Total (Fransa), LukAgip, NİOC (İran) və TPAO (Türkiyə) işlədir.

TÜRKİYƏ İSTƏYİR Kİ...

Azərbaycan. Xəzər dənizində neft platformaları, Abşeron yarımadası. 2009
Türkiyə istəyir ki, kəmərlərin çoxu onun ərazisindən keçdiyindən, qanunvericilik də onun olmalıdır. ARDNŞ-la BOTAŞ 2010-cu ilin iyununda Avropa bazarı üçün nəzərdə tutulmuş əlavə qazın həcmi və alış şərtləri barədə razılığa gəlib. Əliyev deyib ki, danışıqlarda əsas məsələlər razılaşdırılıb, bircə qalır bütün bunları hüquqi müqavilə çərçivəsinə salmaq.

O, əlavə edib ki, aprelin sonu-mayın əvvəlində danışıqları yekunlaşdırmaq istəsələr də bu baş verməyib. Ötən il Şah Dənizin Faza 1 layihəsi üzrə BOTAŞ-la imzalanmış anlaşma memorandumu Britaniya qanunları əsasında tərtib olunmuşdu və oxşar müqavilə Faza 2 üzrə də hazırlana bilər.

Türkiyə ilə sazişin Azərbaycan üçün böyük əhəmiyyəti var, çünki Şah Dəniz qazını Avropaya daşımaq uğrunda rəqabət aparan 3 konsorsium gözünü Türkiyəyə dikib- ya yeni kəmər tikintisi üçün, ya da öz xətlərini Türkiyədən keçənlərə birləşdirmək üçün. Bu kəmərlər- ABŞ və AB-nin dəstəklədiyi Nabucco, İnterconnector Türkiyə-Yunanıstan-İtaliya (İTGİ) və Trans Adriatik Kəmərdir (TAP). Şah Dənizin işlənməsi 2017-ci iləcən başa çatmalıdır.

HƏMÇİNİN OXU:

Azərbaycan tikintiyə 25 mlrd., təhsilə 7 mlrd. dollar xərcləyib
Qaz siyasətində yananlar
Richard Morningstar Şahdəniz layihəsi və İrana sanksiyalar barədə
Avropa komissarı: «Azərbaycanın «Nabucco» ilə bağlı qərarını gözləyirik»
Azərbaycan niyə «tıxac» olmaq istəmir?
Azərbaycan «Nabucco»ya yox deyə bilər
«Şah-dəniz» təxirə salınır
XS
SM
MD
LG