Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:56

Nehrəmdə yenidən «su aksiyası» keçirilib


Foto: Arxiv
Foto: Arxiv
Babək rayonunun Nehrəm kəndinin sakinləri əkin sahələrinin susuz qalmasına etiraz olaraq bu ay artıq 3-cü dəfə aksiya keçiriblər.

İyulun 27-də keçirilən aksiya zamanı 2 nəfərin döyüldüyü bildirilir.

Bu barədə AzadlıqRadiosuna kənd sakinlərindən Vəfadar Eyvazov məlumat verib:

«Aksiyada iki nəfər - Yaşar Bağırsoy və qardaşı döyülüb, təhqir edilib, hətta bir neçə nəfərə də xəsarət yetiriblər. İndi biz Babək rayon Polis İdarəsinin qarşısındayıq, hazırda Yaşar Bağırsoy və qardaşı polisdə izahat verir».

V. Eyvazov deyir ki, Nehrəmdə təsərrüfatı olanlar bir hektara 30-40 manat pul verəndən sonra su ilə təmin olunurlar.

Bu məsələyə Nehrəm kənd icra nümayəndəsi və Nehrəm Sudan İstifadə Edənlər Birliyindən münasibət öyrənmək cəhdimiz alınmadı.

Babək rayon Polis İdarəsindən isə suallarımızı cavablandırmaq istəmədilər.

Nehrəmlilər iyulun 15-də də su problemi ilə əlaqədar etiraz aksiyası keçirmişdilər. Həmin vaxt Nehrəm kənd icra nümayəndəsi Təvəkkül Ələkbərov AzadlıqRadiosuna bildirmişdi ki, kənddə aksiya keçirilməsindən xəbərsizdir. Üstəlik, onun deməsinə görə, Nehrəm kəndində su ilə bağlı heç bir problem yoxdur.

Kənd sakinləri isə tələbləri yerinə yetirilənə kimi aksiyalar keçirəcəklərini deyirlər.
XS
SM
MD
LG