Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:23

İndiki və keçmiş diktatorlar hardadır?


Arxiv foto
Arxiv foto

Britaniyanın "İndependent" qəzeti devrilən diktatorların harda olmasından yazır:

Hüsni Mübarək

83 yaşlı Hüsni Mübarək Misiri 30 il idarə edib. Hakimiyyəti oğlu Gamala vermək
Hüsni Mübarək

istəyirdi. Xalqın 18 günlük nümayişlərindən sonra prezidentlikdən imtina etdi.

Şayiələr var idi ki, o, həbsdən qurtarmaq üçün Tel Əvivə gedəcək. Çünki yeganə ərəb lideridir ki, İsraillə sülhə çalışır.

Mübarəki həbs etmək istəyəndə onda ürək tutma oldu, dedilər ki, komaya düşüb. Ancaq onu mülaicə edən həkimin sözlərinə görə Mübarəkin ürəyində yalnız aritmiya var.

Mübarəkin yarı-Uelsli xanımı Susanne öz lüks villasını və 3 milyon dolları olduğu hesabını dövlətə verdi və bunla həbsdən buraxıldı.

Mübarəkin həbsdə olan iki oğlu hakimiyyətdən devrilmələrində indiyə kimi bir-birlərini günahlandırırlar. Onların məhkəməsi avqustun 3-də başlanmalıdır.

Zine El-Abidine Ben Əli

Tunisi 25 il idarə edən Ben Əli və ondan 20 yaş cavan olan xanımı Leyla
Zine El-Abidine Ben Ali xanımı Leyla ilə

korrupsiyaları ilə məşhur idilər.

Leylaya ərəb dünyasının İmelda Markosu deyirdilər:

«Leyla nədən mümkün idisə, ordan kəsib, cibinə qoyurdu».

Səudiyyə Ərəbistanına qaçan Ben Əliyə və Leylaya iyunun 20-də keçirilən Tunis məhkəməsi 35 il həbs cəzası verdi. Onlar pul yumada və narkotik qaçaqmalçılığında ittiham olundular.

Leyla qaçanda özü ilə 1 ton 500 klio qızıl aparıb.

Əli Abdulla Saleh

Yəməni 1978-ci ildən idarə edən Saleh tayfabazlıq, korrupsiya və repressiya rejimi yaratmışdı.
Əli Abdulla Saleh

O, Səudiyyə Ərəbistanına qaçanda da qohumlarını yaddan çıxartmadı, özü ilə 35 qohumunu apardı.

(Tunis lideri Ben Əli qaçanda onun pilotu Ben Əlinin və Leylanın 5 qohumunu təyyarəyə qoymadı ki, yük ağırdır. Yük isə qızıl idi.)

Saleh hazırda ola bilsin ki, cinayət məsuliyyətinə cəlb olunmaqdan qurtarmaq üçün danışqlar aparır.

Onun adına paytaxt Sanaada məscid var. O bu məscidə 160 milyon dollar pul xərcləyib.

Jean-Claude Duvalier

«Papa Doc» ləqəbli tiran atasından hakimiyyəti 1971-ci ildə miras alan «Baby Doc» ləqəbli Duvalier dünyanın ən kasıb ölkəsi olan Haitidə öz toyuna dövlət büdcəsindən 3 milyon dollar pul xərclədi.
Jean-Claude Baby Doc Duvalier

1986-cə ildə devriləndən sonra Fransada Kann yaxınlığında lüks villada yaşayırdı.

Haitinin tələbi ilə Duvalierin hesablarını axtaran polis bir dəfə onun villasına reyd edəndə onun xanımının bloknotunu tapdılar. O burda son xərclərini qeyd edirdi. O, məsələn, iki uşağının hər birinə at yəhərini məşhur Hermes şirkətindən almışdı və hər yəhərə 12 min dollar vermişdi.

1993-cü ildə xanımı ondan ayrılanda Duvalier deyirdi ki, arvadı onu qəpiksiz qoydu.

2011-ci ilin yanvarında Duvalier gözlənilmədən Haitiyə gəldi və dedi ki, onun məqsədi Haitini barışdırmaqdır.

Onun bu səfərini belə də yozmaq olardı ki, Duvalier dondurulmuş 4 milyon dollarını götürmək istəyirdi.

Ancaq Duvalier həbs olundu və hazırda korrupsiya ittihamı ilə məhkəməsini gözləyir.

İmelda Marcos

Filippinin keçmiş gözəllik kraliçası və keçmiş birinci ledisi İmelda Marcos öz əri ilə
Imelda Marcos

Haitiyə qaçanda prezident sarayına gələnlər gördülər ki, İmelda Marcosun təkcə ayaqqabılarının sayı 3 mindən çoxdur. Bahalı əşyalar qalaq-qalaq idi.

Bu 3 min ayaqqabı Ferdinand və İmelda Marcos cütlüyünün korrupsiyasının simvoluna çevrildi.

Ferdinad Marcos 1989-cu ildə öləndən sonra İmelda Marcos 1991-ci ildə Filippinə qayıdıb və hazırda 82 yaşlı İmelda yerli parlamentin üzvüdür.
XS
SM
MD
LG