Sülh və Demokratiya İnstitutunun Bakının Ş.Bədəlbəyli küçəsində yerləşən ofisi avqustun 11-də sökülüb. Qurumun təmsilçiləri AzadlıqRadiosuna deyiblər ki, ofisi sökməyə gələnlər qaz sayğacına baxmaq istədiklərini bildiriblər, içəri girən kimi isə pəncərələri sökməyə başlayıblar.