Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:45

Vergilər Nazirliyinin əməkdaşları korrupsiyaya görə həbs edilib


Arxiv foto
Arxiv foto
Vergilər Nazirliyinin iki əməkdaşı korrupsiya ittihamı ilə həbs edilib. Vergilər Nazirliyi və Baş Prokrorluğun yaydığı birgə məlumatına görə buna səbəb sahibkarın şikayəti olub. Belə ki, avqustun 12-də vətəndaş Kəbirə Həbibova Vergilər Nazirliyinə müraciət edərək, özlərini nazirliyin əməkdaşları kimi təqdim edən 2 şəxsin onun işlətdiyi kafedə qanunsuz yoxlama apardıqlarını, pul tələb etdiklərini bildirib.

Vergilər Nazirliyinin apardığı araşdırma zamanı müəyyən edilib ki, böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən Xəyal Cəlilov və Vergilər Nazirliyinin sərəncamında olan İlham Dadaşov hər ikisinin konkret xidməti sahəsinə aid olmamasına baxmayaraq, kafedə yoxlama aparıblar. Yoxlama zamanı kafe sahibinin işə götürdüyü adamla əmək müqaviləsi bağlamadığı üçün inzibati qaydada məsuliyyətə cəlb edilməklə min manat məbləğində cərimə olunacağını bildiriblər.

Bu mövzuda daha ətraflı
İnzibati xəta törətməsilə bağlı müvafiq sənədləşmə aparılmaması müqabilində, yəni qanunsuz hərəkətsizliyə görə 400 manat pul istəyiblər. K.Həbibova tələb olunan pulu onlara həmin gün saat 18:00 radələrində verəcəyini bildirib.

Vergilər Nazirliyi və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində X.Cəlilov və İ.Dadaşov tələb etdikləri pulu K.Həbibovadan alarkən yaxalanıblar.

X.Cəlilov və İ.Dadaşov qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almaya görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 311.3.1.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Bu ittiham məhkəmədə də təsdiq edilsə onlar Bu ittihamla əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum edilə bilərlər.

Bunlar hələlik Vergilər Nazirliyi və Baş Prokrorluğun rəsmi məlumatıdır. Saxlanan adamların vəkilləri, ya da yaxınlarının bu ittihamlarla bağlı hələlik hər hansı reaksiyası məlum deyil.

Bu ilin əvvəlindən Azərbaycan korrupsiya əleyhinə rəsmi mübarizə aparıldığı deyilir. Amma yerli ekspertlər hələlik bu mübarizənin real nəticələrinin olmadığını bildirirlər.
XS
SM
MD
LG