Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:29

2 aprelçilərin məhkəməsi: vəkillər işə xitam verilməsini istəyirlər


Arif Hacılı
Arif Hacılı
Avqustun 23-də 2 aprel aksiyasına görə həbs olunan 4 nəfərin - Arif Hacılı, Tural Abbaslı, Məhəmməd MəcidliFuad Qəhrəmanlının işi üzrə məhkəmə prosesi davam edib.

Proses Səbail rayon Məhkəməsində keçirilir.

Məhkəmədə müdafiə tərəfi müttəhimlərin əməllərində cinayət tərkibi olmadığı üçün işə xitam verilməsi ilə bağlı vəsatət qaldırıb.

Digər vəsatət isə həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verilib.

Vəsatətlərə baxılması üçün məhkəmə müşavirəyə gedib.

Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlı ictimai qaydanın pozmaqda və hakimiyyət nümayəndəsinə qarşı müqavimətdə ittiham olunurlar.

İttiham təsdiqlənərsə, onları 3 ilə qədər həbs cəzası gözləyir.

***

Məhkəmədəki çıxışında Arif Hacılı deyib ki, onların həbsi siyasi sifarişdir:

«Hakimiyyət bizi həbsdə saxlamaqla Azərbaycanda ictimai fəallığın qarşısını almaq istəyir».

Fuad Qəhrəmanlı da bildirib ki, ictimai fəallığın qarşısını almaq istəyən hakimiyyət bununla heç nəyə nail ola bilməyəcək.

Tural Abbaslı isə çıxışında deyib ki, o, ümumiyyətlə ittihamın mahiyyətini bilmir.

Məhəmməd Məcidli onların həbslərinə sifariş verənlərin tarix qarşısında cavab verəcəklərini bildirib.

Prosesdə təqsirləndirilənlərlə zərərçəkmiş qismində iştirak edən şəxslər arasında mübahisə olub. Zalda qalmaqal yaranıb.

Hakim zərərçəkmişi zaldan çıxarıb. Bildirib ki, kim hay-küy salsa, zalı boşaldıb məhkəməni qapalı keçirəcək.

***
Məhkəmə Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidli haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin etmədi. (Fuad Qəhrəmanlı haqqında əvvəldən həbs qətimkan tədbiri seçilməyib).

Qalan vəsatətlər baxılmamış saxlanılıb.

Məhkəmə prosesi sentyabrın 1-də davam edəcək.

BUNDAN ƏVVƏLKİ MƏHKƏMƏDƏ

2 aprelçilərin məhkəməsi: müttəhimlərlə nəzarətçilər arasında mübahisə olub
XS
SM
MD
LG