Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:35

Jurnalist İdrak Abbasovun ailə üzvləri xəsarət alıb (VİDEO)


Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00
Sentyabrın 9-da Dövlət Neft Şirkətinin qara uniformalı bir qrup əməkdaşı jurnalist İdrak Abbasovun ailəsinə məxsus həyətə daxil olaraq evi uçurub, onun valideynlərinə və qardaşına xəsarət yetiriblər. Xəstəxanaya düşənlər var.

Bu barədə AzadlıqRadiosuna jurnalist özü məlumat verib:

«Neft şirkətinin əlidubinkalı xüsusi təyinatlıları heç bir məhkəmə qərarı və rəsmi xəbərdarlıq olmadan traktor və ekskavatorlar vasitəsilə hasarı dağıdıb həyətə giriblər. Həyətdə ailə üzvlərimizə məxsus bir neçə ev var. Qapıya yaxın olan evi uçurdublar. Ailə üzvlərimi döyüblər. Əsasları da o olub ki, qanunsuz tikililəri sökürlər. Qonşular tökülüşüb gələndən sonra çıxıb gediblər. Polisə müraciət etdik, gələn olmadı».

SÖKÜNTÜ JURNALİST FƏALİYYƏTİ İLƏ BAĞLIDIR?

Jurnalist deyir ki, anası Naimə QuliyevaƏdalət Abbasov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Jurnalistin atası Telman Abbasov isə 4 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

İdrak Abbasov düşünmür ki, hadisənin səbəbi qanunsuz tikililərin sökülməsidir. Deyir Xocasən qəsəbəsi Sulutəpə yaşayış massivində yerləşən həmin ərazi 20-30 ilin məhəllələridir. O qədər evin arasında məhz onların həyətinə basqın edilməsi təsadüfə oxşamır. Jurnalist son günlər fəaliyyəti ilə bağlı hədələndiyini, müxtəlif təhdidlərə məruz qaldığını bildirir.

ARDNŞ-in mətbuat xidmətində AzadlıqRadiosunun telefon zənglərinə cavab verən olmayıb.

POLİS VƏ XƏSTƏXANANIN MÖVQEYİ

Binəqədi rayon Polis İdarəsi isə bildirir ki, sentyabrın 9-da Sulutəpə qəsəbəsində Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus ərazilərdə inşa olunan qanunsuz tikililərin söküntüsü zamanı yerli əhali ilə ARDNŞ əməkdaşları arasında qarşıdurma baş verib. Nəticədə dava düşüb və bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

1 saylı şəhər xəstəxanasından AzadlıqRadiosuna Naimə QuliyevaƏdalət Abbasovun ora yerləşdirildiklərini təsdiqləyiblər.
XS
SM
MD
LG