Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:32

Nazir: «Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi bu qurumu balanslaşdıracaq»


Elmar Məmmədyarov
Elmar Məmmədyarov
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına (TŞ) seçilməsi kiçik inkişaf etməkdə olan ölkələrin yetərincə olmayan təmsilçiliyinin aradan qaldırılmasına kömək edəcək və BMT-nin bu orqanını daha da balanslaşdıracaq.

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasına müraciətində bildirib.

Nazir qeyd edib ki, Azərbaycan BMT çərçivəsində razılaşdırılmış məqsəd və məsələlərinin reallaşdırılmasına töhfə vermək niyyətindədir.

«Biz inkişaf edən ölkələrə, o cümlədən iqlim dəyişikliyindən və təbii fəlakətlərdən zərər çəkmiş dövlətlərə xüsusi diqqət yetiririk... Afrika Buynuzu zonasında yaşanan humanitar böhran növbəti dəfə qlobal həmrəyliyin vacibliyini sübut etdi».

Azərbaycan BMT TŞ-nin 2012-2013 illər üçün qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürüb. Səsvermə cari ilin oktyabrın 21-də BMT-nin Baş Assambleyasında baş tutacaq. /Trend/
XS
SM
MD
LG