Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:29

«Nabucco» Azərbaycana qaz təklifini təqdim etdi


Reynhard Mitçek
Reynhard Mitçek
«Nabucco» konsorsiumu «Şahdəniz» qazının nəqli üçün Azərbaycana təklifini təqdim edib.

Bu barədə konsorsiumun yaydığı məlumatda deyilir.

«Nabucco Gas Pipeline International»ın icraçı direktoru Reynhard Mitçek (Reinhard Mitschek) deyib ki, «Nabucco» layihəsi kommersiya baxımından həyat qabiliyyətli və rəqabətə davamlıdır:

««Nabucco» «Cənub Dəhlizi»ndə Avropanın flaqman layihəsi olub kommersiya cəhətdən real və rəqabətə davamlıdır. Siyasi dəstək və stabillik 5 tranzit ölkə arasında 50 il müddətinə imzalanmış müqavilə, həmçinin ikitərəfli layihəyə dəstək müqavilələri ilə təmin edilib. «Nabucco» təchizatçılar və nəqliyyat müştəriləri üçün sərfəli təklif irəli sürür».

«Nabucco» kəməri qazın Xəzər hövzəsindən və Yaxın Şərqdən Avropa Birliyi ölkələrinə nəqlini nəzərdə tutur.

Boru kəməri layihələri 2011-ci il oktyabrın 1-dək «Şahdəniz» konsorsiumuna konkret təkliflərini təqdim etməlidirlər. Həmin təkliflər əsasında ilin sonunadək qazın Avropaya nəqli marşrutu müəyyənləşdiriləcək.
«Nabucco» layihəsi
XS
SM
MD
LG