Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:45

Axırı qorxunc bitən diktatorların son günlərinin şəkilləri


Son bir ildə devrilən Afrika diktatorları, sağdan - Misirin prezidenti Husni Mubarak, Liviyanın lideri Muammar Qaddafi, Yəmənin devrilməkdə olan prezidenti Abdullah Saleh, və Tunisin ölkədən qaçmış prezidenti Ben Ali 2-ci Avro-Ərəb sammitində, 10 oktyabr
Son bir ildə devrilən Afrika diktatorları, sağdan - Misirin prezidenti Husni Mubarak, Liviyanın lideri Muammar Qaddafi, Yəmənin devrilməkdə olan prezidenti Abdullah Saleh, və Tunisin ölkədən qaçmış prezidenti Ben Ali 2-ci Avro-Ərəb sammitində, 10 oktyabr

Tarixin nə qədər qorxunc diktatoru olub, saymaqla bitəsi deyil! Elə insan oğlu demokratiya deyə öncəkilərdən daha ədalətli dövlət idarəsi icad edəndən sonra da Avropanın ortasında Hitler də peyda oldu, Stalini də.

Amma orası da var ki, demokratiya icad ediləni diktatorların ömrünü də deyəsən qısalır. Nə zamansa, yüzillərlə yaşayan diktator sülalələrin ömrü daha 40 ildən çox çəkmir.

Son 20 ilin “bəxtsiz” diktatorlarından qorxunc sonuna şahid olanların çəkdikləri bəzi şəkilləri təqdim edirik. Kiminin əvvəli, kiminin sonu dedirdən şəkillər....


Liviya - Muammar Qaddafi
Doğulduğu tarix: 1942.
Hakimiyyətə gəlib: 1969.
Devrilib: avqust 2011
Sonu: 42 il hakimiyyətdə qalan Qaddafi qəddarlıqları ilə ad çıardı. Beynəlxalq cinayətlər məhkəməsində haqqında insanlıq əleyhinə cinayət törətmək ittihamı ilə cinayət işi başlandı və 2011-ci il oktyabrın 20-də isə üsyançıların əlində canını tapşırdı.




Misir - Hosni Mubarak
Doğulduğu tarix: 1928
Hakimiyyətə gəlib: 1981
Devrilib: fevral 2011
Sonu: 30 il hakimiyytdə qalan Hosni Mubarak korrupsiya və yüzlərlə nümayişçinin qətli ittihamı ilə xəstəxana çarpayısında dəmir qəfəsdə məhkəmə qarşısına çıxarıldı.



İraq - Saddam Hussein
Doğulduğu tarix: 1937
Hakimiyyətə gəlib: 1979
Devrilib: 2003
Sonu: 24 illik hakimiyyətdən sonra 2003-cü ildə beynəlxalq koalisiya qüvvələrinin hərbi müdaxiləsi ilə hakimiyyətdən devrilib. 2006-cı ildə isə insanlıq əleyhinə cinayətlərdə ittiham edilərək İraq məhkəməsinin hökmü ilə asılıb.



Fil dişi sahili - Laurent Koudou Gbagbo
Doğulduğu tarix: 1945
Hakimiyyətə gəlib: 2000
Devrilib: 2011
Sonu: 11 il hakimiyyətdə olan Gbagbo 2010-cu ilin oktyabrında onun uduzması ilə nəticələnən prezident seçkisindən sonra istefa verməkdən imtina etdi. İnsanlıq əleyhinə cinayətlərdə ittiham edilən Gbagbo Fransa təhlükəsizlik qüvvələrinin köməyi ilə tutuldu. Yaxınları iddia edirlər ki, Gbagbo tutularkən müxalifət qüvvələri onun xanımını zorlayıblar.



Tunis - Ben Ali
Doğulduğu tarix: 1936
Hakimiyyətə gəlib: 1987
Devrilib: 2011
Sonu: 24 il hakimiyyətdə olan Ben Ali 2010-cu ilin sonlarında bir tunislinin ölkədə kasıblıq və rüşvətxorluğa etiraz edərək özünü yandırması ilə başlayan kütləvi etiraz aksiyalarına tab gətirməyərək Səudiyyə ərəbistanına qaçıb. Tunis məhkəməsi devrilmiş prezident Ben Alini korrupsiyada günahkar sayaraq ona qiyabi olaraq 16 il azadlıqdan məhrumetmə cəzası verib. Yeni hökumətin ittihamına görə qaçarkən onun arvadı Leyla özüylə 1.5 ton qızıl külçə götürüb.



Rumıniya - Nikolai Chaushesku
Doğulduğu tarix: 1918
Hakimiyyətə gəlib: 1965
Devrilib: 1989
Sonu: 24 il hakimiyyət ömrü yaşayan və Rumıniyanın qəddar, repressiv kommunist hakimiyyətinə rəhbərlik edən Chaushesku 1989-cu ildə baş verən inqilabla devrilib. Arvadı ilə birlikdə vertolyotla qaçmağa çalışıb, amma tutularaq ikicə saatlıq məhkəmədən sonra hər ikisi güllələnib.



Əlbəttə, bu siyahı tam deyil. Onu şərhlərinizlə davam etdirməyi Sizlərin öhdənizə buraxdıq...
XS
SM
MD
LG