Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:38

Azərbaycanda hər 100 000 doğuş zamanı 38 ana ölür


Foto: Arxiv
Foto: Arxiv
Dünya əhalisinin sayının 7 milyarda çatması ilə əlaqədar BMT-nin Əhali Fondu «Dünya əhalisinin durumu-2011» («State of world population-2011») adlı hesabat açıqlayıb.

Hesabatda ana və uşaq ölümü hallarına da ətraflı nəzər salınıb.

Sənədə əsasən, Azərbaycanda 5 yaşına çatmamış uşaqlar arasında hər 1000 nəfərə 33 ölüm düşür.

Hər 100 000 doğuş zamanı isə 38 ana ölür.

Azərbaycanda hər 1000 doğuşdan 42-si 15-19 yaşlı ananın payına düşür.

Ölkədə doğuşların 88%-i peşəkar tibbi personal tərəfindən qəbul edildiyi halda, qalan 12% ev şəraitində və peşəkar tibbi yardım olmadan baş verir.

BMT ekspertləri bildirirlər ki, Azərbaycanda uşaqların 95-97%-i ibtidai və orta təhsil almaq imkanına malikdir. Savadlılıq dərəcəsi isə 100%-dir.

Azərbaycan əhalisi 9.3 milyondur, 4.6 milyonu kişi, 4.7 milyonu isə qadındır. Şəhər əhalisi 52% təşkil edir. /apa/
XS
SM
MD
LG