Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:54

Suriyada 17 etirazçı öldürülüb, hökumət isə amnistiya elan edir


Suriya ölkədəki iğtişaşlara son qoymaq üçün Ərəb Liqası qarşısında götürdüyü öhdəlikləri artıq pozub. Fransa Xarici İşlər nazirliyinin sözçüsü Romain Nadal noyabrın 4-də jurnalistlərə belə deyib.

Onun sözlərinə görə, “Repressiyaların davam eləməsi Suriya hakimiyyətinin Ərəb Liqasının vasitəçiliyi ilə imzalanan sülh sazişinə əməl etmək niyyətinin səmimiliyinə olan şübhələrimizi daha artırır.”


Ərəb Liqasının vasitəçiliyi ilə imzalanan sülh planına əsasən, Bashar Assad qoşunları etirazlar olan şəhərlərdən çıxarmalı, zorakılığa dərhal son qoymalı,
Etirazlarda tutulan adamları sərbəst buraxmalı və beynəlxalq müşahidəçilərə ölkədəki vəziyyətlə tanış olmağa imkan yaratmalıydılar.

Ancaq elə saziş imzalanandan sonra bir çox Qərb dövlətləri, o cümlədən ABŞ Suriya hakimiyyətin xoş niyyətinə şübhəylə yanaşmışdı.

ABŞ Dövlət Departamentinin sözçüsü Victorie Nuland:
“İndi gərək Assad rejimi Ərəb Liqasına və beynəlxalq ictimaiyyətə sübut eləsin ki, götürdüyü öhdəliklərə sadiq qalacaq. Ərəb Liqası isə bu gün, sabah, sonrakı günlər baş verən hadisələrə əsasən qərar verəcək ki, Assad rejimi sazişə əməl edir, ya yox”.


Amma Çərşənbə günü imzalanan plan elə növbəti gün pozuldu. Suriya ordusu prezident Bashar al-Assad rejiminə qarşı çıxan etirazçılara atəş açıb və azı 20 etirazı öldürülmüşdü.

Bundan sonra müxalifət tərəfdarlarını Cümə namazından sonra yenidən küçələrə çıxmağa çağırıb və yenə də qanlı toqquşmalar olub.

Homs şəhərində və İordaniya ilə sərhəddə etirazçılara atəş açılıb. Hüquq müdafiəçiləri bildirirlər ki, azı 17 nəfər olub, onlarla yaralı var.

Günün sonuna yaxın isə, Suriya dövlət televiziyası hakimiyyətin amnistiya élan elədiyi xəbərini yayıb. Amma bu amnistiya Ərəb Liqasıyla imzalanan sazişin əksinə olaraq bu günə kimi tutulanlara aid olunmur.

Amnistiya ancaq bu gündən başlayaraq noyabrın 12-nə qədər silahlarını yerə qoyanlara və təhvil verənlərə aid olunacaq. Assadin fərmanına görə 1 həftə müddətində silahı olan, ya silah satan, silah alınmasını maliyyələşdirən şəxslər bu amnistiyadan faydalana bilərlər. Əgər, silahdan kiməsə qarşı istifadə etməyiblərsə və ya qətl törətməyiblərsə.


Daha öncə də Bashar Assad rejimi 2 amnistiya aktı élan eləsə də, onlara ya əməl olunmayıb, ya da sonradan yeni həbslər başlayıb.

Ümumilikdə Mart ayından bu yana, Bashar Assad rejiminə qarşı etirazlar başlayandan öldürülənlərin sayı 3 mini keçib.
XS
SM
MD
LG