Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:14

BVF direktoru Lagarde: “problemlər düyün düşüb”


“Dünya iqtisadiyyatı çox təhlükəli və qeyri-müəyyən dövrə daxil olub”.
Bunu Beynəlxalq Valyuta Fondunun rəhbəri Christine Lagarde Pekində keçirilən Maliyyə Forumunda deyib.

O bildirib ki, həm maliyyə sistemi zəifləyir, həm də iqtisadi tənəzzüldür və bu iki problem bir-birini qidalandırır.

Lagarde bu iki problemin hətta “düyün” düşdüyünü deyib.

Lagarde Maliyyə Forumunda Asiya ölkələrinə müraciət edib ki, avrozona ölkələrindəki maliyyə böhranından və yaxud ABŞ-dakı iqtisadi böhrandan Asiya ölkələrinin immuniteti yoxdur.
Bu, onların da başına gələ bilər.

Ona görə Lagardenin fikrincə, Çin kimi ölkə avrozona böhranının həllinə kömək etsə yaxşıdır.

Lagardenin Pekinə gəlişinin bəlkə də ən böyük səbəbi məhz bu sonuncu dediyindədir.

BVF-nun prezidenti çalışır ki, Çin Avrozonanın Maliyyə Sabitliyi Fonduna pul versin. Çin pul verməyə hazır olduğunu dəfələrlə desə də, heç vaxt real nəticə olmayıb.

Lagarde ümid etdiyini bildirir ki, dekabr ayına Sabitlik Fondu artırılacaq. Ancaq nə qədər?

Dünya İqtisadiyyatının vəziyyəti haqda təkcə Lagarde bədbin danışmayıb.

REİHN DƏ BƏDBİNDİR

Avropa Birliyinin İqtisadiyyat və Maliyyə Komissarı Olli Rehn deyib ki, İtaliyanın iqtisadi və maliyyə vəziyyəti “çox narahatedicidir”.

Birliyin müfəttişləri bu gün Romaya gəlirlər ki, vəziyyəti öyrənsinlər və G20 samitində qəbul olunan razılaşmaları İtaliya hökumətinin necə yerinə yetirdiyini yoxlasınlar.

Təhlilçilərin fikrincə, İtaliya artıq o həddə çatıb ki, məhz bu həddə Yunanıstan, İrlandiya, Portuqaliya məcbur olub, kömək istədilər.

Almaniya , Fransa isə düşünürlər ki, İtaliyanın sabitlik fondundan yardımla düzələcəyi ağlabatan deyil. İtaliya bunun üçün çox böyük ölkədir.

BORCLAR FAİZLƏ ...

Avrozona ölkələrinin hökumət borcları nə qədər böyükdür?
Təbii ki, borcun böyüklüyü ölkənin Daxili Məhsuluna nisbətdə bilinir.

BVF-nun 2011-ci ilin sentyabrında çıxan hesabatına görə, Yunanıstanda məsələn, hökumətin borcu daxili məhsulun 165 faizidir.


Yunanıstan 165 %
İtaliya 121 %
İrlandiya 109 %
Portuqaliya 106 %
İslandiya 101 %
ABŞ 100 %
Yaponiya 233 %
XS
SM
MD
LG