Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:01

Obama İran məsələsinin diplomatik həllinə üstünlük verir


ABŞ prezidenti Barack Obama Rusiya prezidenti Dmitry Medvedevlə görüş zamanı. 12 Noyabr 2011
ABŞ prezidenti Barack Obama Rusiya prezidenti Dmitry Medvedevlə görüş zamanı. 12 Noyabr 2011
ABŞ prezidenti Barack Obama bildirib ki, İran məsələsinin diplomatik yolla həllinə üstünlük verir. Eyni zamanda digər həll yollarını da istisna etmir.
Bunu Barack Obama Asiya-Sakit Okean iqtisadi əməkdaşlıq sammiti çərçivəsində Rusiya və Çin prezidentləri Dmitry Medvedev və Hu Jintao ilə görüşəndən sonra deyib:

“Üçümüz də bu məsələdə həmfikirik ki, İranın öz nüvə proqramından nüvə silahı hazırlamaq məqsədi ilə istifadə etməməsi və regionda nüvə yarışına təkan verməməsi lazımdır. Bu hamımızın marağındadır. Bu istiqamətdə irəliləmək üçün biz növbəti bir neçə həftə ərzində Rusiya və Çinlə məsləhətləşəcəyik”.
Obama onu da deyib ki, İran dünya ictimaiyyətindən təcrid olunub və beynəlxalq sanksiyaların İranı iqtisadi cəhətdən zəiflətməyə başladığı aydın görünür.
XS
SM
MD
LG