Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:06

«Ümummilli lider haqqında» qanun...


Jalə Əliyeva
Jalə Əliyeva
«İşdən sonra» proqramında həmin qanun layihəsini təklif edən deputat Jalə Əliyeva və jurnalist Şahvələd Çobanoğlu «Bu, lazımdırmı?» sualı ətrafında müzakirə aparırlar.

Xədicə İsmayılova:

- Jalə xanım, niyə hesab edirsiniz ki, ölkəyə «Ümummilli lider haqqında» qanun lazımdır?

Jalə Əliyeva:

- Milli Məclis «Eks prezidentlər haqqında» qanun layihəsini üçüncü oxunuşda qəbul etdi. Bu, Azərbaycan müstəqillik əldə etdikdən sonra prezident olmuş Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və Heydər Əliyev haqqında, onların prezident kimi və prezidentlikdən sonrakı dövrdə fəaliyyətlərini təmin etmək üçün irəli atılan bir qanundur. Mən indi o qanun haqqında danışmayacağam. Çünki o, ictimaiyyətə məlumdur. Amma bunların içərisində Heydər Əliyev haqqında ayrıca bir qanunun hazırlanması...

Xədicə İsmayılova:

- Üzr istəyirəm, bu, ümummilli lider haqqında qanundur, yoxsa Heydər Əliyev haqqında qanun?

Jalə Əliyeva:

- Ümummilli liderimiz Heydər Əliyevdir. Eyni insan haqda danışırıq.

Xədicə İsmayılova:

- Məsələyə fərqli baxışlar ola bilər.

Jalə Əliyeva:

- Ola bilər. Amma mənim təklif etdiyim ümummilli lider Heydər Əliyev haqqında qanundur. Niyə? Təbii ki, hər üç şəxs Azərbaycanda müxtəlif dövrlərdə prezident olub. Lakin məncə, Heydər Əliyevi digərlərindən daha fərqli şəkildə təqdim etməyə ehtiyac var. Bu, mənim sırf şəxsi fikrimdir. Təbii ki, plüralist, çoxfikirli bir cəmiyyətdə obyektiv və subyektiv qarşılamalar ola bilər. Biz buna da hazırıq. Amma mənim nəzərimdə xalq artıq öz liderini seçib. Ümumiyyətlə, müstəqilliyin bu 20 illik tarixinə nəzər yetirdikdə, hansı liderin hansı rolu olduğu aydın görünür.

Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu
Xədicə İsmayılova:

- Doğrusu, mən Sizin bu təklifi konkret bir adla bağladığınızı güman etmirdim. Düşünürdüm ki, bu, ümumilikdə bir qanun layihəsidir. Sonra təklif olunacaq ki, xalq müəyyən etsin və s. Amma maraqlıdır bunu da eşitmək. Şahvələd bəy, Siz necə hesab edirsiniz?

Şahvələd Çobanoğlu:

- Bu cür qanunlar çox nadir ölkələrdə var. O ölkələrin özündə də tarix göstərdi ki, onlar ancaq şəxsiyyətə pərəstiş yaradır... Sonuncu dəfə belə bir ideyanın Qazaxıstanda səsləndiyini eşitdim. Nazarbayev ondan imtina etdi və parlamentdən xahiş etdi ki, belə bir məsələni qaldırmasın. Liderlik könül sultanlığı məsələsidir. İnsanların qəlbində olan məsələni heç vaxt qanuna salmazlar. Ayrıca Heydər Əliyev özü bir partiya sədri olub. Ölkənin prezidenti olub. Bununla bərabər eks-prezidentlər haqqında qanun da qəbul edilir. Bir partiyanın lideri necə ola bilər ki, bütöv cəmiyyətin lideri olsun? Bu, Konstitusiyanın özünə də ziddir. Konstitusiyada, qanunlarda belə bir söz eşitmisinizmi? Ümummilli lider onun tərəfdarlarının ona verdiyi sözdür. Onun tərəfdarlarının qəbul etdiyi statusdur. Onu qəbul etməyənlər də var.

Jalə Əliyeva:

- Bu, xalqın verdiyi sözdür.

Şahvələd Çobanoğlu:

- Xalq haqqında da qanun yoxdur. Xalq Dədə Qorquda «dədə» deyir. Onun haqqında qanun lazımdırmı ki…

Verilişi tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG