Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:09

Rafiq Tağının ölümü dünya mediasında, bloqlarda


Rafiq Tağı
Rafiq Tağı
Frans Press agentliyi yazıçı Rafiq Tağının ölümü ilə bağlı məlumatına belə başlıq qoyub: “İranın azərbaycanlı tənqidçisi bıçaqlanandan sonra öldü”.

Frans Press Rafiq Tağının qardaşı İlqar Tağıyevin sözlərini sitat gətirir: “Mənim qardaşımın şəxsi düşmənləri yox idi. Onun məqalələrində İran rejimi və Azərbaycan hökuməti tənqid olunurdu”.

Agentlik xatırladır ki, Rafiq Tağı dini hisslərə toxunan yazısına görə, 2007-ci ildə üç illik həbsə məhkum olundu, ancaq sonra prezident fərmanı ilə əfv olundu.

Məlumatda deyilir ki, Azərbaycanın İranla problemli münasibətləri var. Azərbaycan İranı Azərbaycandakı radikal islamçılara dəstəkdə və Ermənistanla iqtisadi əlaqələrdə qınayır.


Associated Press agentliyi də diqqəti Rafiq Tağının İran haqda məqalələrinə cəmləyir və yazır ki, İran rejiminin və islamın tənqidçisi 61 yaşlı Rafiq Tağı naməlum adam tərəfindən 6 dəfə bıçaqlandı və bundan dörd gün sonra xəstəxanada vəfat etdi.

Associated Press-in Rafiq Tağının ölümü haqda məlumatını Washington Post qəzeti bütünüklə çap edib.


İranian.com saytında isə bloqqer Savalan yazır ki, “Ateist yazıçı Rafiq Tağı Azərbaycanda öldürüldü”.

Savalan Rafiq Tağını “İran rejimi və islamçılığın əleyhinə yazıların müəllifi” kimi təqdim edir və yazır ki, Rafiq Tağı “Məhəmməd peyğəmbəri təhqir etdiyinə görə, bir il həbsdə yatıb. İran Ayətullası Lənkərani yazılarına görə Rafiq Tağının ölümünə fitva verib”.


Natasha Schmidt Britaniyanın söz azadlığı üzrə aparıcı təşkilatı İndex on Censorship-in saytındakı bloqunda yazır: "Mən Rafiq Tağı ilə 2010-cu ilin sentyabrında Bakıda görüşmüşdüm. Rafiq Tağı yarızarafat deyirdi ki, onun təəssüratına görə, hökumət onun həbsinə "onun həyatını qorumaq üçün" əmr verdi".

Schmidt yazır ki, "Rafiq Tağının sözlərində ola bilsin, müəyyən həqiqət var idi.
Azərbaycanda jurnalistlərə hücum edənləri heç vaxt məhkəməyə cəlb etmirlər və burda cəzasızlıq şokedicidir".


Britaniyanın Guardian qəzeti yazır ki, bəzi dostları xəstəxanada təhlükəsizliyin yoxluğundan şikayətlənirdilər, ancaq Rafiq Tağı özünü təhlükədə hiss etmədiyini deyirdi.

.
XS
SM
MD
LG