Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:04

Obama dükandan Amerikanı tənqid edən kitab aldı


Ötən şənbə Amerika prezidenti Barak Obama öz ailəsi ilə birlikdə Ağ evə yaxın kiçik bir kitab dükanına baş çəkib.

O, pakistanlı jurnalist Əhməd Rəşidin 11 sentyabr terrorundan sonra Amerikanın Əfqanıstanla bağlı xarici siyasətini tənqid edən kitabını alıb.

Prezidentin kitab dükanına noyabrın 26-a getməsi təsadüfi deyil.

Noyabrın son cümə günü iri biznes alıcılara böyük endirimlər təklif edir. Bu, müştərilərin supermarketlərə kütləvi axınına səbəb olur. Buna ABŞ-da "Black Friday" (Qara cümə) deyirlər.

İri biznes kiçik biznesin "qənimi" sayılır. Buna cavab olaraq kiçik biznes də noyabrın son şənbəsində özünə diqqət cəlb etmək üçün endirimlər təklif edir. Bu da Small Business Saturday (Kiçik biznes şənbəsi) adlanır.

Amerika prezidenti də kitab dükanına getməklə kiçik biznesə dəstəyini nümayiş etdirib. "Kiçik biznes Amerika iqtisadiyyatının bel sütunudur" - deyə o bildirib.

"Descent into Chaos: The U.S. and the Disaster in Pakistan, Afghanistan, and Central Asia" adlanan kitabda bildirilir ki, Qərb ölkələrinin Əfqanıstanda demokratik dövlət qurmaq cəhdləri iflasa uğrayıb, Amerika və NATO-nun strategiyası nüvə silahına malik Pakistanda qeyri-stabilliyə, Əfqanıstanda isə narkotika ticarəti ilə məşğul olan Talibanın güclənməsinə gətirib çıxarıb.

Prezidentin qızları da bir qucaq kitab alaraq öz kitabxanalarını daha da zənginləşdiriblər.

Məsələn 13 yaşlı Malia-nın seçdiyi kitablar arasında Brian Selznick-in "The Invention of Hugo Cabret" adlı əsəri də var. Bu, Parisdə qüllə saatı xidmətçisinin macəralarından bəhs edən sehrli hekayətdir.

10 yaşlı Sasha isə dükanın fəlsəfə bölümündən Dzen-buddizm və dinlər haqda kitablar seçib.

İndi Amerikada Milad öncəsi ən gəlirli satış mövsümü başlayır və prezident ailəsi düşünür ki, onların bu addımı kiçik biznes üçün bu mövsümdə uğurlu başlanğıc olacaq.

Bir neçə ay əvvəl - avqustun axırında məzuniyyətə çıxarkən Barak Obama oxumaq üçün 5 kitab almışdı. (Ətraflı oxu)
XS
SM
MD
LG