Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:40

«Amnesty International» Cabbar Savalanlıya dəstək kampaniyasına başlayır


Cabbar Savalanlı
Cabbar Savalanlı
«Amnesty International» beynəlxalq hüquq-müdafiə təşkilatı bir daha gənc fəal Cabbar Savalanlının dərhal azadlığa buraxılmasını tələb edib.

Noyabrın 29-da Ali Məhkəmə AXCP Gənclər Təşkilatının üzvü C.Savalanlının kasasiya şikayətini rədd edib.

«Amnesty International»ın Avropa və Mərkəzi Asiya üzrə proqram rəhbərinin müavini John Dalhuisen deyib ki, «siyasi maraqlara toxunanda, Azərbaycanda qanunun aliliyi gözlənilmir».

C.Savalanlı bu il mayın 4-də narkotik saxlama ittihamı ilə iki il yarım müddətinə azadlıqdan məhrum edilib. Gənc fəal həbsini sosial şəbəkələrdəki fəaliyyəti ilə əlaqələndirir.

«Amnesty International» C.Savalanlını vicdan məhbusu elan edib.

Təşkilat bildirir ki, dekabrın 3-17-də dünyada yüz minlərlə adam «Amnesty International»ın illik marafonu çərçivəsində C.Savalanlını dəstəkləyəcək. 70 ölkədən adamlar onun azad olunması tələbi ilə Azərbaycan hakimiyyətinə məktub və müraciətlər yazacaq, SMS yollayacaq.

«Ötən ay Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçilib. Gələn il isə hər il təxminən 125 milyon insanın izlədiyi «Eurovision» mahnı müsabiqəsinə ev sahibliyi edəcək. Azərbaycan hakimiyyətinin insan haqları sahəsində öz öhdəliklərini yerinə yetirdiyini nümayiş etdirməsinin əsl vaxtıdır. Hakimiyyət Cabbar Savalanlını və digər 16 vicdan məhbusunu dərhal azad etməlidir», - J.Dalhuisen bildirib.
XS
SM
MD
LG