Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:35

Aşura qeyri-iş günü olsun?


Məşədi Dadaş məscidi önündə Aşura mərasimi, 2010
Məşədi Dadaş məscidi önündə Aşura mərasimi, 2010

DEVAMM sədri Hacı İlqar İbrahimoğlu bu addımı atmağın zəruri sayır

Türkiyədən sonra Azərbaycanda da Aşuranın qeyri-iş günü olması ilə bağlı təkliflər səslənməyə başlayıb. Artıq bəzi mətbuat orqanlarında mövzu müzakirəyə çıxarılıb, bir sıra ictimai xadimlər bunun mümkünlüyünü qeyd ediblər.

DEVAMM sədri Hacı İlqar İbrahimoğlu da cümə xütbəsində bu addımı atmağın zəruriliyini vurğulayıb:

“Belə olmaması böyük çətinliklər yaradır. Bəzi məmurlar insanların matəm mərasimlərində iştirakı ilə bağlı müəyyən maneələr ortaya çıxarır. Bu, xalq matəmidir, xalqın içindən gələn bir matəmdir. Necə ki, Novruz bayramı, Novruz şənliyi xalqın içindən gələn bir bayramdır və bu, bayramı rəsmi qeyd eləmək üçün imkan yaradır”.

Lakin hələlik Qafqaz Müsəlmanları İdarəsi (QMİ) belə bir təkliflə hökumət qarşısında çıxış etməyib. QMİ-nin Qazilər Şurasından bildirdilər ki, bu məsələ idarə səviyyəsində müzakirə edilməyib.

“Bəlkə gələcəkdə Qurban və Ramazan kimi din tarixinə aid olan Aşura da qeyri-iş günü élan ediləcək. Lakin hələlik bu məsələ ilə bağlı müraciət edilməyib”.
XS
SM
MD
LG