Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:29

Hollywoodun ən çox qazanan aktyor cütlükləri


İLK ÖPÜŞ VƏ MİLYARDLAR GƏTİRƏN FİLM

“Harry Potter”in sonuncu bölümü daha çox sehrbaz oğlanla şərin - Voldemortun fikir mübadiləsi üzərində qurulub. Amma ötən bölümlərin fanatları üçün filmdə bir səhnə daha çox həyəcanverici idi: Ron ilə Hermione-nun ilk öpüşü.

Son illər tamaşaçılar bu 2 xarakterin az qala yeniyetmələr kimi bir-birinə olan hissləriylə necə mübarizə apardıqlarını izləyiblər. “Harry Potter and the Deathly Haloows”-un 2-ci hissəsəində gərgin mübarizə aparan qəhrəmanlar sonda hisslərini qucaqlaşaraq biruzə verirlər. Daha sonra tamaşaçılar Ron ilə Hermione-nu orta yaşlı cütlük kimi, övladlarını Hogwartsa göndərən ata-ana kimi görür.

Ron ilə Hermione-u oynayan aktyorlar Rupert Grint və Emma Watson Hollywoodun ən çox qazanan cütlüyüdür. Onların son 5 ildə çəkildikləri 4 Harry Potter filmi 4,2 milyard dollar milyard gəlir gətirib.

Hollywoodun qızıl dövründə Katherine Hepburn ilə Spencer Tracy və ya Fred Astaire ilə Ginger Rogers kimi cütlüklər birgə filmlərdə dəfələrlə çıkiliblər.

Bu günlərdə isə ulduz aktyorlar adətən Harry Potter kimi filmlərdə bir dəfədən artıq çəkilə bilirlər.

İKİNCİ YERDƏ “KÖLGƏLƏR” DOLAŞIR

Rupert Grint və Emma Watsondan başqa daha kimlər son 5 ildə Hollywoodun ən çox qazanan cütlükləridir? Bu siyahını tərtib etmək üçün filmlərin kassa gəlirlərinə baxmaq lazımdır.

İkinci yerdə Kristen Stewart and Robert Pattinson gəlir, "Twilight" (“Kölgələr”) filminin baş rolunu oynayan aktyorlar. Onlar son 5 ildə 2,5 milyard dollar qazanıblar.

"Harry Potter"də diqqət Potterin səyahətlərinə yönəlibsə, “Twilight franchise"də vəziyyət fərqlidir. Film insan Bella ilə vampir Edwardın xarakterləri üzərində qurulub. Yeni bölümdə onlar evlənirlər və fəlakətli, ölümcül nəticə ilə üzləşirlər. Yeri gəlmişkən, cütlüyün daha artıq qazanmaq şansı yaranıb, sonuncu kitabın - “Breaking Dawn" un 2-ci hissəsi çapdan çıxandan sonra.

ÜÇÜNCÜ YERDƏ DƏYİŞMƏLƏR BAŞ VERİR

Siyahının üçüncüsü Shia LaBeouf və Megan Foxdur. Onlar son 5 ildə 1,5 milyard qazanıblar. Bu cütlük "Transformers"-in ilk 2 filmində çəkilib.

Filmin 3-cü hissəsi "Dark of the Moon" isə 1,1 milyard gəlir gətirib. Amma bunun Megan Foxa dəxli yoxdur. Çünki o filmdə model Rosie Huntington-Whiteley ilə əvəzlənib.
Bu da LaBeouf ilə Huntington-Whitely-i siyahıda 5-ci yerə qoyub.

“Transformers”-in 4-cü hissəsi də çəkilməlidir. Amma LaBeouf deyib ki, o bu filmdə çəkilməyəcək. Bununla daha çox qazanacaq yeni cütlüyə meydan açdığını düşünür.

DÖRDÜNCÜ YERDƏ DƏMİR ADAMLAR GƏLİR

"Iron Man" filmində çəkilmiş Robert Downey və Gwyneth Paltrow siyahının növbətiləridir. Robert Tony Starkı, Gwyneth isə onun assistenti və sevgilisi Pepper Pottsu oynayır. Onlar bu filmdən 1,2 milyard dollar qazanıblar. Cütlük yenidən bir araya gələcək, "The Avengers" filmində.

SONUNCU YERDƏ PİRATLARDIR

6-cı yerdə Johnny Depp və Penelope Cruz gəlir. Onlar ötən yay "Pirates of the Caribbean: On Stranger Tides"də çəkiliblər və bu bölümlər arasında ən çox gəlir gətirənidir – 1 milyard dollar.

Hazırladı: Şahnaz Bəylərqızı
XS
SM
MD
LG