Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:08

Paytaxtda avtobusların iş qrafiki qısaldıldı


Foto: Arxiv
Foto: Arxiv
Havanın şaxtalı olması ilə əlaqədar Bakıda şəhərdaxili marşrutlarda işləyən avtobusların sayı 3 dəfə azaldılıb.

Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov «ANS»ə bildirib ki, fevralın 2-də 720-yə yaxın avtobus marşrutlara buraxılsa da, onlardan 300-ü sonradan geri qaytarılıb:

«Yeni və Köhnə Günəşli, Hövsan, Əhmədli, Zığ və digər qəsəbələr ətrafı avtobuslar işləməyəcək. Hövsan-Zığ istiqamətində isə tunel qarla dolub deyə, işləmək çətindir. Həmin avtobuslar qaraja qaytarılıb».

N.Həsənov deyir ki, hava şəraiti ilə əlaqədar avtobusların iş qrafiki bir qədər də qısalacaq:

«Havaların kəskin soyuqlaşdığı və qar yağdığı son bir neçə gündə şəhərdaxili marşrutlarda avtobuslar saat 22:00-dək işləyib. Bu gün isə [fevralın 2-si] avtobuslar saat 20:00-dək işləyə biləcək».

Nazirlik rəsmisi onu da bildirib ki, yollarda texnika işləsə də, bunun heç bir faydası yoxdur.

«Hazırda 100-ə yaxın texnikamız yolları təmizləyir. Lakin təmizlənən yollar yarım saatdan sonra yenə də qarla bağlanır» - N.Həsənov deyib.
XS
SM
MD
LG