Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:37

Çingiz Abdullayev: "Bir yazıçı olaraq deyirəm ki, xeyli sayda erməni öldürülüb"


Gün.Az-ın Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevla müsahibəsi:


- Çingiz müəllim, Fransa Senatının erməni soyqırımı ilə bağlı qərarını necə dəyərləndirirsiniz?

Sizin fikrinizsə, əslində, məsələnin mahiyyətində nə durur?

- Fransa Senatının qərarını demokratik və insan hüquqlarının pozulması faktı kimi adlandırıram. Qərar qüvvəyə minəndən sonra sabah gedib desəm ki, belə bir hadisə olmayıb, məni iki illik həbs və ya 45 min avro cərimə gözləyir.

Bunu təsəvvür edə bilmirəm və burada insan hüquqlarının pozuntusu var. Fransanın ziyalıları bu məsələyə öz etiraz səslərini qaldırmalıdırlar. Amma hesab edirəm ki, məsələnin kökündə tamam başqa proseslər dayanır:

Məsələni o yerdən başlamalıyıq ki, Şak Şirakdan öncə prezidentliyə namizəd Fransanın o zamankı baş naziri Eduard Baladurun (əslində o Baladuryan idi, milliyyətçə erməni olub) seçki qərargahının rəhbəri indiki prezident Nikola Sarkozi olub. Bu faktın özü çox şeyi deyir və ermənilər bundan yararlanmaya bilməzlər. Bu məsələnin birinci tərəfidir.

Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, Sarkozi seçkilərdə səs qazanmaq istəyir və yarım milyonluq ermənin səsi ona lazımdır.

Üçünçüsü, buna qarşı taktika düzgün seçilməyib və primitiv metodlarla mübarizə aparılır. Mən, bizim tarixçilərin fikirləri razılaşmıram ki, həmin zaman ermənilərin öldürülməmələri ilə bağlı yanaşma səhvdir. Mən bir yazıçı olaraq deyirəm ki, xeyli sayda ermənilər öldürülüb. Düzdür, mən məsələyə Orxan Pamuk kimi yanaşmağın tərəfdarı deyiləm. Bunu, Orxan Pamukun özünə də demişəm ki, sənin bu açıqlaman türk milləti üçün ziyanlıdır.

Biz dünyaya nə qədər desək ki, ermənilər öldürülməyib, bizə heç kim inanmayacaq və özümüz özümüzü aldatmış olarıq. Ola bilər ki, bu sözümə görə, məni qınayacaqlar. Amma, reallıq və gerçəklik var.

Məsələn, belə bir sual edirəm ki, niyə Osmanlı imperiyasında yaşayan ermənilər 500 il ərzində öldürülmədilər və ya 1915-ci ildən bu günə kimi, bir dənə də olsun ermənin burnundan qan axıdılmayıb? Axı, Osmanlı imperiyasında erməniləri “milləti sadiq” çağırırdılar.

Burada məsələ aydındır ki, ermənilərin öldürülməsi müharibə şəraitində baş verib. Çünki ermənilər rusların tərəfinə keçdikləri üçün, türklərə qarşı döyüşürdülər və türklərlə müharibə zamanı çoxlu sayda böyük itkilər veriblər.

- Bununla bağlı Türkiyədə dövlət səviyyəsində hansısa araşdırma olubmu?

- Mustafa Kamal Atatürkün zamanında xeyli sayda erməniləri öldürdükləri üçün türk zabitlərinin, məmurlarının məhkəməsi keçirilib. Amma, hesab edirəm ki, ortaq tarixi araşdırma komissiyası yaransa bu məsələ tam şəkildə ortaya çıxar. Çünki, biz dünyaya bu hadisələri bununla izah edə bilərik və məsələni sistemli şəkildə aparmalıyıq.

- Axı, ermənilər deyirlər ki, türklər bizi genosid ediblər?

- Qətiyyən bu elə deyil. Bununla razılaşmıram. Bunlar müharibə zamanı baş verən hadisələrdir. Bu zaman ermənilər və türklər öldürülüblər. Əsl, genosid Xocalıda baş verib və bir el, oba yerlə yeksan edilib, insanları kütləvi şəkildə qətlə yetiriblər.

Osmanlı zamanında tamam başqa vəziyyət var idi və ermənilərə müstəsna hüquqlar verilmişdi. Rahat şəkildə ticarətlərini qurmuşdular və kilsələri fəaliyyət göstərirdilər. Amma, faşistlərin zamanında hansısa yəhudi Almaniyada mağaza və ya senaqoq aça bilməzdi. Hitler deyirdi ki, yarı yəhudiləri də öldürmək lazımdır.

Əgər, ermənilərin bir az insafı varsa, bu faktları açıb desinlər. Adi bir misal çəkim ki, Osmanlı imperatoru Sultan Əbdülhəmidin anası erməni olub. Belə olan halda Osmanlıda ermənilərin təzyiqlərə məruz qalması qeyri-mümkün idi və ermənilər nankorluq edirlər.

Bu gün ermənilər bəyan edirlər ki, biz Dağlıq Qarabağda Azərbaycanın tərkibində yaşaya bilmərik və bizə təzyiq edirlər və s. Onların sayları 100 minə yaxındır. Bəs, Türkiyədə 800 min erməni yaşayır, geniş imkanlara sahibdirlər və böyük biznesləri var. Niyə onlar öz vəziyyətlərindən şikayətlənmirlər. Bu sualların cavabı dünya ictimaiyyətini düşündürməlidir.

- Çingiz müəllim, Sizcə, dünya ictimaiyyəti həqiqətlərimizi niyə qəbul etmək istəmir? Bəlkə, biz düzgün təbliğat yolu seçməmişik?

- Bu yaxınlarda televiziyaların birində 20 Yanvar hadisələri bağlı çıxışım oldu və orada da qeyd etdim ki, demokratlar Vilnus, Tiflis deyirlər təəssüf ki, Bakı demirlər. Dünya ictimaiyyəti 20 Yanvar hadisələrinə belə qiymət verir ki, Bakıda bir qrup ekstremislər erməniləri öldürürdülər və bundan sonra mərkəzi hökümət Bakıya qoşunlar yeridib, hadisələrin qarşısını önləmək üçün, silah işlədiblər.

Bu gün dünya bu hadisləri belə qəbul edir. Sağ olsun ki, Şeyx bu məsələdə haqq səsimizin eşidilməsində böyük əmək sərf edib. Onun açıqlamaları dünyada səsimizin eşidilməsində böyük rol oynaydı.

- Bəlkə qeyd etdiyimiz amillər unutqanlığımızla bağlıdır?

- Təbii ki, bu faktorunda böyük təsiri var. Sovetlər dövründə bizə çox şey unutdurulub. Ermənilər tərəfindən 1918-ci ildə mart ayında Bakı və digər bölgələrdə törədilən qətliamlar haqqında insanlarımız bilgisiz idilər. Stepan Şaumyan Azərbaycanın erməniləşdirilməsi üçün gecə-gündüz çalışırdı və minlərlə insanlarımız qətl edildilər.

O deyirdi ki, heç bir zaman razı ola bilmərəm ki, Bakı Müsavat partiyasının mərkəzi olsun. Bu, tarixi hadisələr bizdən gizlədilirdi.

Əslində, ermənilərin ruslara böyük zərbəsi dəyib. Bu faktı heç kim demək istəmir ki, Yerusəlimdə bir dəfə Pasxa bayramı günü pravoslavları kilsədə şam yandırmağa buraxmayıblar. O zaman ermənilər türklərə pul verib, buna nail olublar.

XIV əsrdə monqollarla ruslar arasında baş verən Kulikova döyüşündə ermənilər böyük bir dəstə ilə monqolların tərəfindən döyüşüblər. Bu tarixi fakt Şaumyanın oğlunun rəhbəri olduğu sovet ensklopediyasında açıq şəkildə yazılıb. Rusların bunu bilməsi lazımdır. Onu da əlavə edim ki, belə faktlar çoxdur.

- Maraqlıdır Qarabağ məsələsi ilə bağlı əsər yazmırsınız və bunun sirri nə ilə bağlıdır?

- Bunun bir sıra səbəbləri var: Qarabağ hadisələri ilə bağlı hansısa əsər üzərində işləsəm, faktlar və gerçəklikləri ortaya qoymağa məcburam. Nə qədər satqınlar, xainlər olduğunu əsərimdə göstərməliyəm.

Qarabağ müharibəsi gedən zaman hakimiyyət uğrunda mübarizə gedirdi və siyasi proseslər torpaqlarımızın işğal olunmasına şərait yaradırdı. Siyasi qüvvələr vəzifə davası aparırdılar. Bunu yazmaq istədiyim əsərimdə göstərə bilməsəm, onda obyektiv əsər ortaya çıxmayacaq.

Sizə bir dəhşətli faktı danışım: Bir dəfə Anar mənim yanıma gəlib ağladığını gördüm və ondan səbəbini soruşduqda, mənə nə desə yaxşıdır?:

“Çingiz indicə tanınmış bir yazıçı sevinərək mənə gəlib dedi ki, Anar bilirsən Xocalıda nə qədər insanlarımız öldürülüb. Bunun olması yaxşıdır, Mütəllibovu devirəcəyik”.

Bunu eşitmək çox dəhşətlidir. Əgər, xatırlayırsınızsa Xocalı faciəsi ilə bağlı sənəddə necə Azərbaycanlının adını keçdiyi bildirilirdi. Belə hallar məni çox üzür. İndi bildiniz ki, nə üçün Qarabağ məsələsi ilə bağlı əsər yazmaq istəmirəm.

Elnur Eltürk
Gün.Az
XS
SM
MD
LG