Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:39

Kirayə mitinqçilər [VIDEO]


Aldandıqlarını deyən muzdlu mitinqçilər
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00
Direct-ə keçid

Aldandıqlarını deyən muzdlu mitinqçilər


Sergei Morozov adətən kinofilmlərin və kliplərin çəkilişindəki kütləvi səhnələr üçün adam toplayır.

Ancaq seçki kampaniyası dövründə onun işi bir az dəyişib. İndi filmlərdə kütləvi səhnələr yerinə, siyasi partiyaların mitinqlərinə adam toplayır.

Amma fevralın 4-də Baş nazir və prezidentliyə namizəd Vladimir Putinin Vahid Rusiya partiyası tərəfindən təşkil edilən mitinqinə adam toplamaq üçün yaxşı sifariş alsa da, mitinqdən məyus qayıdıb:

“250 nəfər adam toplamalıydım. Adama 500 rubl (təxminən 13 manat) söz vermişdilər. Mitinqin axırında ancaq 85 nəfərin pulunu verdilər, 160 nəfərin pulunu vermədilər. Vəd etdilər ki, mitinqdən sonra verərlər, hələ də verməyiblər. Vahid Rusiya vədinə xilaf çıxdı”.

Moskva polisi bildirib ki, şaxtalı havaya baxmayaraq, Putinin Poklonnaya Qoradakı yürüşünə 140 min adam qatılıb.

Eyni vaxtda müxalifət də Bolotnaya meydanında 80 – 100 min arası adam toplamışdı.

Amma hakim partiyanın yürüşündən sonra insanların ora pul vədi qarşılığında, ya da zorla gətirilməsi barədə şikayətlər eşidilməyə başladı.

Ancaq Vahid Rusiya partiyasının Moskva şöbəsinin sözçüsü Natalya Burtseva bu iddiaları “təxribat” adlandırır:

“Biz heç kimi zorla gəlməyə məcbur etməmişik, yazılı, ya da şifahi heç kimlə razılaşmaya girməmişik. Sadəcə insanları mitinqə dəvət etmişik və istəyən də gəlib. Qalanları isə sadəcə boş şayiələrdən ibarətdir”.

Ancaq Rusiyanın hökumətmeylli İctimai Palatası da 200-ə yaxın müəllimdən zorla aksiyaya gətirilmələri barədə şikayət aldıqlarını təsdiqləyib. Başqa büdcə təşkilatlarında çalışanlar da işdə cəzalandırılmaq hədəsi ilə aksiyaya gəlməyə məcbur olduqlarını bildirirlər.

MosEnergo-da işləyən Yelena deyir: “Onlar élan elədilər ki, filan gün, filan vaxtda, yerdə olmalıyıq. Biz gəldik və gələndə bizi qeydə aldılar. Avtobusa mindik və bizi mitinq yerinə apardılar”.

Əslində büdcə təşkilatlarında çalışanların iradələrinin əksinə mitinqlərə gətirilməsi təcrübəsi hələ Sovet dövrünə gedib çıxır. O vaxtı həmkarlar ittifaqları belə işlərlə məşğul idilər.

Ancaq Sovet dövrü geridə qalsa da, indinin özündə də bu cür aksiyaya getməkdən imtina büdcə təşkilatlarında işləyənlərə baha başa gələ bilir.

Uşaq təhsil mərkəzindən Yelena Travina deyir ki, həmkarlar ittifaqları onlara mitinqə gəlməklə bağlı xəbərdarlıq edib:

"Mitinqdən öncəki görüşdə təhsil şöbəsinin müdiri Anna Khaleva bizə mədəni şəkildə bildirdi ki, hamımızın Poklonnaya Gorada olmasını gözləyirlər və gedə bilməyənlər bununla bağlı şəxsən ona izahat verməlidirlər. Mənim üçün bu elə təzyiq idi”.

Travinaya özüylə bərabər 8 işçisini də gətirməyi tapşırsalar da, o işçilərinə özünə edilən təzyiqdən danışıb. Səhərisi günü onu öz ərizəsiylə işdən çıxmasını tələb ediblər.
XS
SM
MD
LG