Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:02

İran qadınları işdə eyni geyimdə gəzəcək


İran qadınları iş yerində belə geyinəcək
İran qadınları iş yerində belə geyinəcək

Dini qaydalara uyğun geyimlər dövlət qulluqçuları və tələbələr üçün tətbiq olunacaq

Iran hökuməti dövlət qulluğunda işləyən qadınlar üçün uniforma tətbiq edir. Yeni qaydalar Şərq təqvimi ilə Yeni ilin başlanğıcından – martın 21-dən tətbiq ediləcək.

İran xəbər agentliklərinin məlumatına görə, yeni geyim formaları dini və mədəni meyarlara uyğun olaraq hazırlanacaq. Geyimlər əsasən tünd göy və boz rəngdə olacaq.

Rəsmilər bildirir ki, yeni uniformanın yaradılması qərarı dövlət qulluğunda olan qadınların öz xahişi əsasında çıxarılıb.

Daxili işlər nazirinin müavini Alireza Afshar deyib ki, qadın əməkdaşlar məcburən yox, öz istəkləri əsasında uniforma geyəcəklər.

Bundan əlavə, İran hökuməti tələbə qızlar üçün də xüsusi geyim forması tətbiq etməyi planlaşdırır.
XS
SM
MD
LG