Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:44

Ashgar Farhadi: «Zəngin mədəniyyət siyasət tozu altında gizli qalıb»


İranlı rejissor Asghar Farhadi Oskar mükafatı alan zaman. 26 fevral 2012
İranlı rejissor Asghar Farhadi Oskar mükafatı alan zaman. 26 fevral 2012
«Boşanma» («A Separation») adlı İran filmi ən yaxşı xarici film nominasiyasında Oskar mükafatı alıb. Bu, Oskar tarixində ali film mükafatına namizədliyi irəli sürülmüş ikinci, Oskar mükafatı qazanan isə ilk İran filmidir.

Film boşanan cütlükdən bəhs edir. Bu boşanma prosesi müasir İranda ənənələr, ədalət və qadın-kişi münasibətləri fonunda təqdim olunur.

Filmin rejissoru Ashgar Farhadi çıxışında filmi İran xalqına həsr etdiyini bildirib.

Rejissor İranı əhatə edən siyasi gərginliyə istinad edərək bildirib ki, onun xalqının zəngin və qədim mədəniyyəti ölkə siyasətinin ağır yükü altında görünməz olub:

«Bu an dünyanın hər yerində mərasimi izləyən çoxlu iranlı var. Təsəvvür edirəm, onlar indi necə sevinirlər. Onların sevinci yalnız bu mükafata görə deyil. Həm də ona görə sevinirlər ki, siyasətçilər müharibə, təhdid və zorakılıqdan danışdığı bir vaxtda ortada təntənəli mədəniyyət dili var. Elə bir qədim və zəngin mədəniyyət ki, siyasət tozu altında gizli qalıb. Mən fəxrlə bu mükafatı bütün mədəniyyət və sivilizasiyalara hörmətlə yanaşan, kin və düşmənçiliyə qarşı olan doğma yurduma, xalqıma həsr edirəm».

İranın dövlət televiziyası Farhadinin bu qələbəsini İsrail üzərində qələbə kimi təqdim edib. Çünki xarici film nominasiyasına İsrail də film təqdim etmişdi. İranın dövlət televiziyası bildirib ki, İran filmi sionist filmini geridə qoya bilib. İran tələbə xəbər agentliyi isə öz sevincini belə ifadə edib - ABŞ üzərində İran bayrağı dalğalandı.

Bu film əvvəllər də bir çox beynəlxalq mükafatlar, o cümlədən Berlin festivalının ödülünü alıb.
XS
SM
MD
LG