Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:31

Azərbaycan və Ermənistan ordularının daha bir müqayisəsi


Bakıda hərbi parad, 26 iyun 2011
Bakıda hərbi parad, 26 iyun 2011
Britaniyada yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutu «Hərbi Balans 2012» adlı növbəti hesabatını yayıb. Sənəddə qeyd edilir ki, son illər ilk dəfədir ki, Asiya ölkələrinin keçənilki müdafiə xərcləri Avropa dövlətlərini keçir. Sənədə görə Asiya ölkələri keçən il hərbi sahəyə xərclərini 3.15 faiz artırıblar. Çin, Yaponiya, Hindistan, Cənubi Koreya və Avstraliyanın hərbi xərcləri ümumilikdə regionun bütün müdafiə xərclərinin 80 faizini təşkil edib.

171 ölkədə vəziyyətdən bəhs edən hesabatda qeyd edilir ki, Azərbaycan silahlı qüvvələri sovet modelindən çıxmaqda uğurlar əldə edib. Amma avadanlıqlarla təchizat sarıdan hələ qeyri-müəyyənlik var: “S-300 sistemləri də alınıb, amma təhlilçilər əmindirlər ki, belə avadanlıqlardan istifadə etmək sarıdan müəyyən problemlər hələ qalır.

Ordu çağırışçılar hesabına formalaşdırılır. Müxtəlif birliklərin döyüş hazırlıqları aşağı olaraq qalır” – deyə hesabatda yazılır.

Ehtiyatda olan polkovnik, keçmiş briqada komandiri İldırım Məmmədov hesabatda kadr çatışmazlığı barədə səslənən fikirlərlə qismən razı olduğunu deyir. Onun fikrincə, hazırda dünyanın əksər ordularında bu problem var, Azərbaycan da aldığı yeni silahların istifadəsini elə onu satan ölkələrdən öyrənir:

- Mən özüm bu yaxınlarda şahidi oldum ki, Rusiyada çağırışçılar vurma cədvəlini bilmirdilər. Yəni, Ermənistanda da, Gürcüstanda da, lap elə Rusiyada da bu problem var. Azərbaycan da aldığı yeni silahlardan istifadəni öyrənmək üçün təlimçilərə də pul ödəyir.

Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistan ordusu haqqında sənəddə deyilir ki, bu ölkənin hərbi doktrinasında Rusiyanın təsiri çox güclü olsa da ölkə beynəlxalq sülhyaratma missiyalarında NATO ilə əməkdaşlıq edir. Əfqanıstanda hərbi qüvvələri var. Ordu çağırışçılardan təşkil edilsə də peşəkar zabitlərinin sayı artır:

“Hərbi hava qüvvələri tez-tez təchizat problemləri ilə üzləşir. Amma Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazasından yardım ala bilir.” – deyə sənəddə qeyd olunur.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutu hesabatında yalnız Ermənistan Respublikasının hərbi imkanları haqqında məlumat verilir. Qarabağdakı erməni qüvvələrinin nələrə sahib olduqları bildirilmir.

«Hərbi Balans 2012» hesabatında Azərbaycan və Ermənistan orduları haqqında verilən məlumatın qısa xülasəsi.

ORDUNUN STRUKTURU

Azərbaycan

Ermənistan

2011 və 2012-ci illərdə müdafiə büdcəsi

1.3 və 1.4 milyard manat.

300 və 312 milyon manat.

İmkanları

Silahlı qüvvələrin sovet modelindən çıxarılmasında uğurlar əldə edilib. Amma avadanlıqlarla təchizat sarıdan hələ qeyri-müəyyənlik var. Neft gəlirləri hesabına orduya ayrılan pullar da artırılıb. S-300 sistemləri də alınıb, amma təhlilçilər əmindirlər ki, belə avadanlıqlardan istifadə etmək sarıdan müəyyən problemlər hələ qalır.

Ordu çağırışçılar hesabına formalaşdırılır. Müxtəlif birliklərin döyüş hazırlığı aşağı olaraq qalır.

Azərbaycan NATO ilə müdafiə sahəsində əməkdaşlıq edir, xüsusilə Türkiyə ilə sıx əlaqələri var.

ABŞ-ın yardımları ilə də Xəzərdə hərbi-dəniz qüvvələrinin imkanlarını genişləndirir.

Ermənistanın hərbi doktrinasında Rusiyanın təsiri çox güclü olsa da, ölkə beynəlxalq sülhyaratma missiyalarında da NATO ilə əməkdaşlıq edir. Əfqanıstanda hərbi qüvvələri var. 2011-ci ilin noyabrında NATO ilə Fərdi Əməkdaşlıq Planını imzalayıb.

Ordu çağırışçılardan təşkil edilsə də, peşəkar zabitlərin sayı artır.

Hərbi hava qüvvələri tez-tez təchizat problemləri ilə üzləşir. Amma Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazasından yardım ala bilir.

Şəxsi heyət

66 940 (quru qoşunları 56 840, hərbi dəniz qüvvələri 2 200, hərbi-hava qüvvələri 7 900)

Yarımhərbi qüvvələr 15 000

48 834 (quru qoşunları 45 846, hərbi-hava qüvvələri 2 988)

Yarımhərbi qüvvələr 6 694

Hərbi xidmət müddəti

17 ay, amma quru qoşunlarında bu müddət artırıla bilər.

24 ay.

Ehtiyat

300 000

Bəzi məlumatlara görə, 300 000 nəfər 15 il ərzində hərbi xidmətə yararlı olur.

210 000

Bəzi məlumatlara görə, 210 000

nəfər 15 il ərzində hərbi xidmətə yararlı olur.

Quru qoşunları

56 840

48 834

Xüsusi qüvvələr

1 alay

Komanda

5 korpus baş qərargahı

Manevr

Mexanikləşdirilmiş 23 briqada və 1 təhlükəsizlik briqadası.

Mexanikləşdirilmiş 5 korpus və 1 müstəqil kəşfiyyat, təlim briqadası.

Döyüşə dəstək

Rabitə, mühəndis, təlim də daxil olmaqla 6 artilleriya briqadası.

Rabitə, mühəndis, havadan müdafiə də daxil olmaqla 2 briqada, 5 alay.

Xidmət

1 təchizat briqadası

Texnika

Əsas döyüş tankları – 339

Piyadaların döyüş maşını – 111

Zirehli nəqliyyat vasitəsi – 357

Artilleriya qurğusu - 458

Əsas döyüş tankları – 110

Piyadaların döyüş maşını – 104

Zirehli nəqliyyat vasitəsi – 136

Artilleriya qurğusu - 239

Bundan başqa, ordunun ixtiyarında anti-tank, raket, hava hücumundan müdafiə qurğuları, raketlər, radarlar və s. də var.

Ordunun ixtiyarında həmçinin özüyeriyən, qoşqulu artilleriya qurğuları, radar sistemləri var.

Hərbi-dəniz qüvvələri

2 200

Patrul və sahil mühafizə gəmiləri

8

Minalara qarşı avadanlıqlar

4

Amfibiya

6

Təchizat və dəstək

2

Hərbi-hava qüvvələri

7 900

2 988

« MiG-29» təyyarələri ilə 1 eskadrilya.

Quru hücum

«MiG-21», «Su-17» və başqa təyyarələrlə silahlı 1 alay.

«Su-25» təyyarələri ilə silahlı 1 eskadrilya.

Nəqliyyat

« An-12» , « Yak-40» təyyarələri ilə 1 eskadrilya.

Hücum və nəqliyyat vertolyotları

« Mi-8» , « Mi-24» , « Mi-2» vertolyotları ilə 1 alay.

Təyyarələr

44 döyüş qabiliyyətli təyyarə

16 döyüş qabiliyyətli təyyarə

Vertolyotlar

66

33

Hərbi hava qüvvələrinin ehtiyatında pilotsuz təyyarələr, yer-hava tipli raketlər, hava hücumundan müdafiə qurğuları və s var.

Yarımhərbi birliklər

15 000

6 694

Yerləşdirmə

Qoşunların xarici məkanlara yerləşdirilməsi: Prezidentin təklifi ilə parlamentin qərarı əsasında.

«Ermənistan Respublikasının Müdafiəsi haqqında» qanuna görə, prezident xaricdə hərbi qüvvələrdən istifadə haqqında qərar verir və parlament də onu təsdiq edir.

Xaricdə sülhməramlı qüvvələr

Əfqanıstanda NATO qüvvələrinin tərkibində - 94 nəfər.

Əfqanıstanda NATO qüvvələrinin tərkibində - 126 nəfər.

Bosniyada 2 nəfər.

Serbiyada 56 nəfər.

Kosovoda 1 nəfər.

Ölkədə xarici qüvvələr

ATƏT-in 5 nəfərlik təmsilçisi.

ATƏT-in 5 nəfərlik təmsilçisi.

Bundan başqa, Gümrüdə Rusiyanın 3 303 nəfərlik hərbi bazası, Yerevanda hərbi hava qüvvələri yerləşir. Bu hərbi-hava bazasının 18 «MiG-29» təyyarəsi, S-300 raketdən müdafiə sistemləri və SA-6 tipli raketdən müdafiə sistemləri var.

XS
SM
MD
LG