Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:29

ABŞ Bakıdakı səfirliyinə hücum cəhdi ilə bağlı suala cavab verir


Amerika bayrağı
Amerika bayrağı
ABŞ Dövlət Departamentinin mətbuat xidməti Azərbaycanda ABŞ və İsrail səfirliklərinə hücum hazırlamaqda şübhəli bilinən bir neçə nəfərin həbsinə münasibət bildirib.

Mətbuat xidmətinin məlumatında deyilir ki, Azərbaycan hakimiyyəti ölkədəki xarici obyektlərə hücuma hazırlaşmaqda şübhəli bilinən bir neçə nəfərin saxlandığını və onların İran hökuməti ilə bağlı olduğunu bəyan edib.

«Biz uzun illərdir ki, İran hökumətinin siyasi maraqları naminə zorakılığa əl atdığını müşahidə edirik. İranın terrorçuluğu himayə edən dövlət olduğunu nəzərə alanda, onun bu cür cəhdləri təəccüb doğurmur.

Biz Azərbaycan hökuməti ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk. Bakıdakı səfirliyimiz, onun əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan hakimiyyəti ilə sıx əməkdaşlığı davam etdirəcəyik», - deyə məlumatda bildirilir
XS
SM
MD
LG