Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:51

«Hansı ölkədə görünüb ki, «Eurovision» keçirilən ölkədə amnistiya tələb olunsun»


Siyavuş Novruzov
Siyavuş Novruzov
«Eurovision» siyasi kampaniya deyil, bu musiqi festivalıdır. Bu musiqi bayramı tamamilə siyasətdən kənarda dayanmalıdır. Ümumiyyətlə, bu istiqamətdə cəhdlər olunması belə «Eurovision»un prinsip və nizamnaməsinə ziddir».

Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov belə deyib. Onun fikrincə Azərbaycan «Eurovision» tarixində çox fərqli bir yarışma keçirəcək. Belə ki, «istər onun hazırlıq işlərinin başlanması, dövlət komissiyasının yaradılması, ona ayrılan vəsaitlər, quruculuq abadlıq işləri, proqramları, görülən digər bütün işlər bu qənaətə gəlməyə imkan verir ki, Azərbaycanda keçiriləcək «Eurovision» bu yarışmanın tarixinə bir ilk, yenilik və ən möhtəşəm yarışma kimi düşəcək».

S. Novruzov hesab edir ki, bəzi qüvvələr bu prosesə kölgə salmaqdan ötrü Azərbaycana marağı olub tələbi ödənməyən dövlətlər tərəfindən qızışdırılıb ortaya atılıblar:

«Hansı ölkədə görünüb ki, «Eurovision» keçirilən ölkədə amnistiya tələb olunsun. Cinayətkar cinayət törədibsə, cəzasını çəkməlidir. Qanun qarşısında cavab verməlidir. Bu halın qanunlar çərçivəsində həlli mümkündür. Kimsə aşağı instansiyaların qərarından narazıdırsa, daha böyük instansiyalara müraciət etmək məqsədəuyğundur. Əgər ədalətsizlik varsa, bu, məhkəmə yolu ilə həll olunmalıdır. Bunun yolu «Eurovision»dan keçmir. «Eurovision» insanları onların törətdiyi cinayətdən azad etmir».
XS
SM
MD
LG