Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:45

Mitinqə gələnlərin üst-başı yoxlanılacaq [Video]


İctimai Palata mitinqə hazırlaşır
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00
Direct-ə keçid

İctimai Palata mitinqə hazırlaşır

İctimai Palatanın 8 aprel mitinqinə gələnlərin üst-başı yoxlanılacaq. Yalnız bundan sonra adamlar meydana buraxılacaq.

Bu barədə aprelin 7-də İctimai Palatanın sessiyasında Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı məlumat verib.

O deyir ki, Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunan mitinq təşkilatçılarına bu barədə xəbərdarlıq edilib:

«Bizə bildirildi ki, təhlükəsizlik baxımından meydanın qapısından içəri girənlərin hamısının üstü metal detektorla yoxlanacaq. Qanun bunu tələb etdiyindən bizim buna etiraz etmək hüququmuz yoxdur. Gənclərin 17 mart mitinqindəki insidenti xatırlatdılar. Dedilər, onlarda məlumat var ki, mitinqə əllərində armatur, ciblərində bıçaq olan adamlar gələcək. Biz də dedik ki, o adamlar bizim adamlar deyil, siz buna görə adamların üst-başını yoxlayacaqsınızsa, buyurun».

G.Aslanlı deyir ki, onlar bu işin mitinqə 2 saat qalmış başlanmasını istəyiblər, polis də bununla razılaşıb.

İctimai Palatanın aprelin 8-də keçirəcəyi mitinq Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

VƏRƏQƏ YAYANI POLİS SAXLADI

Aprelin 7-də Müsavat Gənclər Təşkilatının üzvü Elnur Əsgərlinin polis tərəfindən saxlandığı bildirilir.

Bu haqda AzadlıqRadiosuna təşkilatın sədr müavini Səxavət Soltanlı bildirib.

Elnur Əsgərli İctimai Palatanın 8 aprel mitinqi ilə bağlı vərəqə paylayarmış.

«Həmin vərəqədə mitinqin icazəli olması qeyd edilib. Onun vərəqə verdiyi tanımadığımız bir şəhər sakini də saxlanılıb. Hazırda hər ikisi Binəqədi rayon Polis İdarəsindədir».

Gülağa Aslanlı
Gülağa Aslanlı
Amma Binəqədi Polis İdarəsi məlumatı təsdiqləmir.

MÜSAVATÇI GƏNCƏ 11 SUTKA VERİLDİ

Aprelin 7-də saxlanılan Müsavat Gənclər Təşkilatının iki üzvündən birinə - Elnur Əsgərliyə 11 sutka həbs verilib. Adının çəkilməsini istəməyən digər partiya üzvü isə 51 manat cərimə olunaraq sərbəst buraxılıb.

Bu barədə AzadlıqRadiosuna Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib.

Elnur Əsgərli Binəqədi rayonu ərazisində İctimai Palatanın 8 aprel mitinqi ilə bağlı vərəqə paylayarkən saxlanılıb.

Partiyanın Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı deyir ki, polisdə onlara 8 aprel mitinqinin icazəli olmasından xəbərsiz olduqlarını bildiriblər.

Binəqədi Polis İdarəsi məlumatı təsdiqləmir. Daxili İşlər Nazirliyindən isə AzadlıqRadiosuna deyiblər ki, məlumatı dəqiqləşdirməyə çalışırlar.
XS
SM
MD
LG