oxuzali.az
Bakı "Kitab Klubu" ABŞ-ın dünyaca məşhur kitab seriyalarından olan "Cana məlhəm hekayələr" seriyasıdan 4 kitabı çapdan çıxarıb.
Seriyanın (Amerika variantı “Chicken soup for soul. 101 More Stories To Open The Heart And Rekindle The Spirit” adlanır) müəllifləri ABŞ-da tanınmış mühazirəçi, psixoloq-yazıçılar Cek Kenfild və Mark Viktor Hansendir.
Kitablarda insanları problemlər qarşısında geri çəkilməməyə həvəsləndirən, uğur qazanmaq üçün motivasiya verən hekayələr və esselər toplanıb.
Bu seriyadan olan kitablar 50-dən çox dilə tərcümə edilib və indiyəcən 100 milyon nüsxədən çox satılıb.
Kitablar ilk dəfədir ki Azərbaycan dilində nəşr olunur. (Kitabı əldə etmək istəyənlər üçün daha ətraflı məlumat burda)
Müəlliflərdən:
“Bu hekayələri toplamaq üçün biz çox çalışmışıq, amma hiss edirik ki, əsl daş-qaş toplamışıq – yüz bir cavahirat. Ümid edirik, siz də onları bizim kimi sevəcəksiniz. Qoy onlar göz yaşları, gülüş, gözlənilməz güman, şəfa və güc mənbəyiniz olsun.
Ümid edirik ki, qeyri-adi hərəkətlər edən sadə insanların davranış modelləri haqqında hekayələrlə biz sizin də həyatınızı heç olmazsa bir az dəyişə biləcəyik, – bəlkə bu modellər sizin yolgöstərəniniz oldu. Arzu edirik ki, həyatınızda açacağınız qapıların açarı olan hekayəni bu kitabdan tapasınız.
Bu hekayələr hər gün üçün praktik məsləhətlər verir, ən çətin vəziyyətlərdən belə ağıllı çıxış yolu təklif edirlər. Bizim ruhi yaralarımızı sağaldır, xatırladır ki, hər birimiz istədiyimizdən də yaxşı ola bilərik. Bu hekayələr bizi bayağılıqdan yuxarılara qaldırır, önümüzdə gözlənilməz imkanlar dünyası açır, bizi fəal hərəkətlərə həvəsləndirir.
Ümumiyyətlə, bu hekayələri dostlarla bölüşmək lazımdır!”