Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:41

Ərəb qadınlarını gözəl saxlayan hicab imiş?


Səudiyyə qadınları - dünyanın ən gözəl qadınları siyahısında üçüncü yeri tutur. Al-Arabiya yazır ki, Britaniyanın Beynəlxalq Tədqiqatlar Mərkəzinin nümayəndələrinin iddiasına görə, dünya üzrə gözəllik reytinqində ilk yeri macar, ikinci yeri isə polşalı xanımlar paylaşır.

Mərkəzin apardığı tədqiqat əsasən gözəllik, zəriflik, lətafətlilik, ciddilik, həmçinin əxlaqını itirmədən dəblə ayaqlaşmağı bacarmaq kimi meyarlar əsasında müəyyənləşdirilib.

Buna baxmayaraq, bütün bu göstəricilər arasında ən vacibi təbii gözəllik və kişiləri özlərinə məftun etmək, onları öz tələblərinə tabe etdirmək bacarığıdır.

Tədqiqatda göstərilir ki, Səudiyyə Ərəbistanındakı xanımlar sözün əsl mənasında kraliça həyatı yaşayırlar: “Kraliça özü maşın sürmür, çünki onu maşında gəzdirənlər var”.

Mərkəz əməkdaşları bildirirlər ki, ərəb qadınlarının bu cür gözəl qalması səbəblərindən biri də hicabdır. Belə ki, əksər Səudiyyə xanımlarının geyindiyi hicab onların dərisini günəşdən, şaxtadan qoruyur. Ona görə də onların dərisi uzun müddət təravətli və ipək kimi yumşaq qalır.
XS
SM
MD
LG