Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 06:06

İctimai Palatanın mitinqi təxirə salınıb


Müxalifətin 22 aprel mitinqi
Müxalifətin 22 aprel mitinqi
İctimai Palata (İP) mayın 6-na nəzərdə tutulmuş mitinqi keçirməyəcək. Bu qərarın verilməsinə səbəb Bakı Şəhər İcra Hakimiyyətinin aksiyanın keçirilməsi üçün yenə də Bibiheybət qəsəbəsi, 20-ci yaşayış sahəsindəki sürücülük məktəbinin ərazisini münasib bilməsi olub.

Bunu AzadlıqRadiosuna İP-nın Koordinasiya Şurasından Rafiq Manaflı deyib:

«Biz əvvəlcədən də bəyan etmişdi ki, BŞİH aksiya üçün yenə də 20-ci yaşayış sahəsindəki sürücülük məktəbinin meydançasını təklif etsə, bununla razılaşmayacağıq. Mitinq barədə rəsmi müraciətimizdə də bunu qeyd etmişdik. BŞİH isə yenə də 20-ci sahəni təklif edib».

Rafiq Manaflı deyir ki, bundan sonra hansı addımların atılacağı İP-nın mayın 5-nə təyin olunmuş sessiyasında müzakirə olunacaq. Mitinq məsələsi gündəmdədir. Tələblər olduğu kimi qalır. Onun sözlərinə görə, siyasi məhbuslar «Eurovision 2012» mahnı müsabiqəsinədək azad olunmasalar BŞİH ilə razılaşdırılmamış aksiyaların keçirilməsi istisna deyil.

İctimai Palata aprelin 8-də və 22-də Bibiheybət qəsəbəsinin 20-ci yaşayış sahəsindəki sürücülük məktəbinin ərazisində BŞİH ilə razılaşdırılmış aksiya keçirib. Sonradan qurum hakimiyyətin insanların aksiya yerinə gedib çıxa bilmələrinə süni əngəllər yaratdığını əsas gətirərək növbəti mitinqi orada keçirməyəcəyini bəyan edib.
XS
SM
MD
LG